ƏMƏKDAŞLAR

Direktor:
i.e.n., dosent Hacıyev Nazim Özbəy oğlu
Əlaqə telefonu:
(+994 12) 497 62 67
e-mail:
[email protected]

Direktor müavini:
Dünya Mustafayeva

Maliyyə və mühasibat fakültəsi

UNEC Biznes Məktəbi – Vizyon və Missiya

VİZYON

dünyanın ən peşəkar və təsirli biznes məktəblərindən biri olmaqdır.

 MİSSİYA

dünyaya töhfə verən gələcək liderlərə təhsil verməkdir. 

Gələcək liderlər

Gələcək liderlər haqqında danışarkən, fikir müxtəlifliyə hörmət edən, çalışqan, enerjili, yenilikçi və təşəbbüskar liderləri nəzərdə tuturuq. Bu, icmanın və cəmiyyətin aparıcı qüvvəsi və töhfə verən şəxs olduğu anlayışını əhatə edir. Siz təşkilatınıza böyük sosial təsir edən əsl lidersiniz.

Töhfə cəmiyyət üçün sosial və iqtisadi real dəyər təmin edən və dünyada peşəkar bacarıq və işgüzar tədqiqat yönümlü düşüncələri ilə təsir edən insanlar tərəfindən edilir.

Dünyaya töhfə – qlobal arenada sosial və ekoloji boşluqları aradan qaldırmaq üçün müasir çağırışlara və ən aktual problemlərə müraciət edən dünya standartlarına cavab verən gələcək biznes liderlərinə təhsil verməkdir. Biz dünya standardları deyəndə yaradıcı təfəkkür, problem həll etmə bacarıqları, yumşaq bacarıqlar, layihə əsaslı öyrənmə və yüksək texnologiyalardan istifadəni nəzərdə tuturuq.

ƏSAS DƏYƏRLƏR

Sistematiklik, peşəkarlıq, hesabatlılıq, fikir müxtəlifliyinə hörmət

  • Sistematiklik – müəllim gələcəyin liderlərinə biznes tapşırıqlarını asandan daha çətinə doğru qurmaq və daha çətin bacarıqları daha kiçik hissələrə bölmək, məsələnin düzgün qoyluşu yollarını, alternativləri yoxlamaq, rasional və çevik qərar qəbul etmək bacarıqlarını planlaşdırılmış məntiqi ardıcıllıqla öyrədir.
  • Peşəkarlıq – müəllim pedaqoji və elmi peşəkarlığından istifadə edərək gələcəyin liderlərinə biznes sahəsində peşəkar dildə danışmaq bacarığı aşılayır, tədris prosesində elmi məhsullarından və biznes yönümlü “sınaqdan keçmiş” məsələlərdən geniş istifadə edir, bilik, bacarıq və təcrübələrini paylaşmaqla dünyaya töhfə verir və məktəbin reputasiyasını yüksəldir.
  • Hesabatlılıq – məktəbin bütün inzibatı və akademik heyəti məktəbin strukturunda nəzərdə tutulmuş standartlara uyğun olaraq fakultə qarşısında inzibati, elmi və fərdi davranışlarına görə rüblik və illik hesabatlı olmalıdır. 

Şəxsi davranış üçün məsuliyyət:

  • məktəbdə çalışan bütün inzibati əməkdaşlar və professor-müəllim heyəti peşəkar olmalı və onlara da münasibət hər zaman peşəkar olmalıdır;
  • əməkdaşlar və professor-müəllim heyəti fəaliyyətləri çərçivəsində ünsiyyət qururlar. Bu əməkdaşlıq sağlam sosial qarşılıqlı əlaqələrə əsaslanmalıdır;
  • məktəbdə bütün inzibatı və professor-müəllim heyəti təhdid, təqib, sui-istifadə və ya ayrı-seçkilikdən azad bir mühitdə işləmək hüququna malikdir. Qeyri-etik davranış, irqi/etnik təhqirlər haqqında dərhal dekanlığa məlumat verilməlidir;
  • məktəb bəşəri dəyərləri və multikulturalizmi təşviq edir, dini və etnik tolerantlığa üstünlük verir;
  • məktəbin tədris modeli (dərsdə aktivlik, case əsaslı tədris, sinif mühitinin yaradılması və layihə işlərinin hazırlanması, eləcə də kiçik qruplarda iş, işgüzar oyunlar, tənqidi düşüncənin inkişafı, konkret halların təhlili, məşq oyunları, kollektiv müzakirə, beyin hücumu, təcrübə əsasında öyrənmə) professor-müəllim heyətinin peşəkarlığından və təhsilalanların fəallığından asılıdır;
  • məktəbin inzibati, müəllim və tələbə heyətinin müraciətləri yazılı formada qəbul edilir;
  • qüsurlu tələbələr çətinliklərlə qarşılaşarsa, bu haqda dekanlığa məlumat verilməli­dir.
  • Fikir müxtəlifliyinə hörmət – UNEC Biznes Məktəbi yaşı, cinsi, dini, iqtisadi vəziyyəti, siyasi əqidəsi, mədəniyyəti və s. baxımından fərqli olan fərdlərin fikir müxtəlifliyinə hörmət edir və anlayır. Sağlam rəqabət mühitində fərdlərin fikir müxtəlifliyinə əhəmiyyətli dərəcədə hörmət fakültənin dayanıqlı inkişafına və cəmiyyətin sosial problemlərinin həllinə daha təsirli ola bilər.

Главный корпус

101000, г. Москва, ул. Мясницкая, д. 20

Справочная:
+ 7 495 771-32-32

Карта зданий

Приемная комиссия

+ 7 495 771-32-42
[email protected]

Пресс-служба ВШЭ

+7 495 628-55-98
+7 495 621-78-73
[email protected]

Условия использования материалов

 

Səhv tapdız?