İxtisas | İxtisaslaşma |
060409_Biznesin idarə edilməsi | Ali təhsilin idarə edilməsi üzrə |
060409_Biznesin idarə edilməsi | Bank və sığortanın idarə edilməsi üzrə |
060409_Biznesin idarə edilməsi | Beynəlxalq biznes üzrə |
060409_Biznesin idarə edilməsi | Beynəlxalq logistika və təchizat zəncirinin idarə edilməsi |
060409_Biznesin idarə edilməsi | Biznes və data analitikası |
060409_Biznesin idarə edilməsi | Blokçeyn idarə edilməsi üzrə |
060409_Biznesin idarə edilməsi | Enerji menecment üzrə |
060409_Biznesin idarə edilməsi | Ərzaq məhsullarının keyfiyyətinin idarə edilməsi üzrə |
060409_Biznesin idarə edilməsi | İdmanın idarə edilməsi üzrə |
060409_Biznesin idarə edilməsi | İnsan resurslarının idarə olunması |
060409_Biznesin idarə edilməsi | Kiber təhlükəsizlik |
060409_Biznesin idarə edilməsi | Qiymətli kağızlar üzrə |
060409_Biznesin idarə edilməsi | Layihələrin idarə edilməsi üzrə |
060409_Biznesin idarə edilməsi | Maliyyə üzrə |
060409_Biznesin idarə edilməsi | Marketinq üzrə |
060409_Biznesin idarə edilməsi | Menecment üzrə |
060409_Biznesin idarə edilməsi | Mühasibat uçotu üzrə |
060409_Biznesin idarə edilməsi | Mühəndislik və idarəetmənin riskləri üzrə |
060409_Biznesin idarə edilməsi | Proqram təminatı mühəndisliyi üzrə |
060409_Biznesin idarə edilməsi | Rəqəmsal biznesin idarə edilməsi üzrə |
060409_Biznesin idarə edilməsi | Rəqəmsal ekspertiza üzrə |
060409_Biznesin idarə edilməsi | Rəqəmsal marketinq |
060409_Biznesin idarə edilməsi | Risklərin idarə edilməsi |
060409_Biznesin idarə edilməsi | Səhiyyənin idarə edilməsi üzrə |
060409_Biznesin idarə edilməsi | Sosial mediya marketinq |
060409_Biznesin idarə edilməsi | Süni intellekt üzrə |
060409_Biznesin idarə edilməsi | Turizm və otelçiliyin idarə edilməsi üzrə |
060409_Biznesin idarə edilməsi | Ümumi təyinatlı |
060409_Biznesin idarə edilməsi | Vergi idarə etməsi və vergi planlaşdırılması |
MALİYYƏ İXTİSASLAŞMASI ÜZRƏ KEÇİRİLƏN FƏNLƏR:
İXTİSASLAŞMA: MALİYYƏ
İxtisaslaşmanın məqsədi:
Maliyyə ixtisaslaşması aktivlərin idarəedilməsi üzrə fond menecerlərinin və risklərin idarəedilməsi üzrə maliyyə menecerlərinin üzləşdiyi kompleks problemlərin həlli məqsədilə tədris proqramının ilk ilində mənimsənilmiş qiymətləndirmə prinsiplərinin genişləndirilməsi üçün yaradılmışdır. Bu ixtisas, həmçinin maliyyə alətləri (Trading/Available for Sale/Held to Maturity securities, Futures and Options), müəssisələrin birləşməsi (M&A), dayandırılmış əməliyyatlar (discontinued operations), ədalətli dəyərin ölçülməsi (Fair Value Measurement) və digər sahələr üzrə maliyyə hesabatlarının təhlilinin aparılması yollarını öyrədir.
MBA proqramının müddəti və ünvanı:
Maliyyə ixtisaslaşması üzrə dissertasiya işi yazanlarda təhsil Avropa Kredit Transfer Sistemi uyğun olaraq 4 semestr (2 il) ərzində 8 ümumi fənn (bir fənn 7.5 AKTS) üzrə 60 kredit, 4 seçmə (ixtisas) fənn üzrə 30 kredit və dissertasiya işi (buraxılış layihəsi) üzrə 30 kredit olmaqla, cəmi 120 kreditlə tamamlanır.
Qeyd 1: Dissertasiya işi yazamayanlar 8 ümumi fənn üzrə 60 kredit və 8 seçmə (ixtisas) fənn üzrə 60 kredit olmaqla, cəmi 120 kreditlə tamamlanır.
Qeyd 2: Könüllülük əsasında dissertasiya işi yazılır və dokturanturaya sənəd verə bilir.
Dərslər payız, yaz və yay semestrlərində həftədə iki dəfə olmaqla, Bakı şəhəri, İstiqlaliyyət küçəsi 6, AZ1001 ünvanında keçirilir.Əlaqə: e-mail: [email protected],tel.: +994124976267
MBA proqramına qəbul şərtləri:
Əsas təhsili iqtisadiyyat sahəsinə aid olan və olmayan ixtisaslar üzrə bakalavr dərəcəsi almış namizədlər DİM (Dövlət İmtahan Mərkəzi) qəbul imtahanından uğurla keçməklə MBA proqramına qəbul olunurlar.
MBA proqramında tədris metodlarının üstünlükləri:
Bu proqram ali təhsilli ixtisaslı mütəxəssislərə öz rəhbərlik keyfiyyətinin yüksəldilməsinə, sistemli bilik, bacarıq və işgüzar idarəetmə vərdişlərinin mənimsənilməsinə və peşəkarlıq səviyyəsinin davamlı olaraq artırılmasınıa müasir biznes informasiyasının araşdırılmasına, analitik düşünmə və qərarvermə qabiliyyətinın inkişafına, biznes etikası, təqdimat qabiliyyəti, vaxtın idarəedilməsi və sahibkarlıq məntiqinin formalaşdırılmasına şərait yaradır. Proqram magistrantları cəmiyyət, müəssisə və təşkilatların idarə olunmasında məsul vəzifələr tutmağa hazırlayır. Nəzəri və praktik məlumatlarla yanaşı, proqramda nümunə kimi konkret biznes halları (case study) müzakirə edilir, rol oynama, biznes oyunu, müxtəlif ssenarialarıntəqdimatları, qrup və layihə çalışmaları həyata keçirilir və bu zaman müasir tədris metod və texnologiyalarından istifadə edilir. Proqram ictimai əhəmiyyətli qeyri-hökumət, qeyri-dövlət və kommersiya yönümlü təşkilatlarda struktur və fəaliyyət sahəsinə təsir edəcək dəyişikliklərin çevik idarəedilməsi, qanunvericilikdə və biznes mühitində yeni meyillərin öncədən (proaktiv) araşdırılması vərdişlərini aşılayır. Magistrantın fənni mənimsəməsi həftəlik və yarım semestrlik testlər (quiz), dərsdə iştirak səviyyəsi, ev tapşırıqları və kumulativ (semestr imtahanı) imtahan əsasında (yazılı formada açıq suallardan ibarət olmaqla) qiymətləndirilir.
MBA proqramında tədris kadrları:
Proqram UNEC-in müəllimləri ilə yanaşı, digər ali təhsil müəssisələrinin professor-müəllim heyəti, ölkədə fəaliyyət göstərən yerli və xarici təşkilatlarda məsul vəzifədə çalışan rəhbər şəxslər, peşəkar menecerlər və müqavilə əsasında dünyanın aparıcı təhsil müəssisələrindən dəvət edilmiş professor-müəllim heyətinin elmi bilik və praktik potensialından faydalanır.
Diplom:
Təhsilini tamamlamış magistr öz ixtisası üzrə magistr elmi-ixtisas dərəcəsi və diplomu ilə təltif olunur və ona bu dərəcəyə uyğun olan hüquq və imtiyazlar verilir.
BİRİNCİ SEMESTR:
SMO 652 Liderlik və təşkilati davranış
Bu fənn gələcək menecerlərə müəssisədə necə effektiv liderlər olmağın yollarını öyrədir. Tələbələr gələcək lider kimi qərarları necə vermək və gündəlik həyatda resursları necə bölmək üçün zəruri olan liderlik və idarəçilik bacarıqlarını əldə edirlər.
Burada komandalar, fərdlər və şəbəkələr aşağıdakı kontekstdə araşdırılır:
- qrup mədəniyyətinin determinantları;
- fərdlərin subordinasiya fəaliyyətinin idarə edilməsi;
- menecerin rəsmi səlahiyyətinə daxil olmayan həmkarlar və aparıcı əməkdaşlar ilə sağlam münasibətlərin qurulması.
Uğur qazanmış liderlərin fəaliyyətinə nəzər yetirilir:
- gələcəyə baxışın qurulması;
- vizyon əsasında təşkilatın inkişaf etdirilməsi;
- vizyona nail olmaq üçün əməkdaşların həvəsləndirilməsi və mükafatlandırılması;
- yüksək iş fəaliyyətinə nail olmaq üçün təşkilatın effektiv şəkildə yenidən qurulması;
- Strateji karyera idarəçiliyinin nümayiş etdirilməsi.
ECON 503 Menecment iqtisadiyyatı
Kursun əsas məqsədi tələbələrə optimal idarəetmə qərarlarını qəbul edilməsi üçün mikroiqtisadiyyatın konsepsiyalarını və metodlarını başa düşməyə kömək edəcək.
Bu kursun mövzuları: tələb və təklif, tələbin təhlilinin empirik üsulları, istehlakçı seçimi, istehsal, xərclər, firmanın təşkili və bazar strukturu, rəqabətli firmalar və bazarlar, inhisarçılıq, bazar gücündən istifadə etməklə qiymətqoyma, oliqopoliya və inhisarçı rəqabət, oyun nəzəriyyəsi və biznes strategiyası, zamanla strategiyalar, qeyri-müəyyənlik şəraitində idarəetmə qərarlarının qəbulu, asimmetrik məlumat, hökumət və biznes, qlobal biznes.
Kursu müvəffəqiyyətlə bitirən tələbələr mal və xidmətlər bazarları üzrə hadisələrin mümkün təsirlərini proqnozlaşdırmaq üçün tələb və təklif təhlilindən istifadə etməklə bazarlarda qiymətlərin rolunu anlayacaq, müxtəlif elastiklikləri hesablayacaq, istehsalın müxtəlif xərclərini anlayacaq, xərclərin minimuma endirilməsi və ya mənfəətin maksimumlaşdırılması üçün tarazlıq şərtlərini hesablayacaq, iqtisadiyyatın əhatə dairəsi və miqyasını anlayacaq, bazar gücündən irəli gələn müxtəlif qiymət strategiyalarını anlayacaq və izah edəcək, oliqopolist sənayedə mümkün firma davranışını təsvir etmək üçün oyun nəzəriyyəsindən istifadə edəcək.
MGTSC 501 Biznes və iqtisadiyyat üçün statistika
Kursun məqsədi biznes tədqiqatları və layihə işlərinin aparılmasında statistik üsullardan istifadə etməklə bacarıq və vərdişlərini inkişaf etdirməkdir. Kurs daha çox nəticələrin şərhinə və biznes sahəsində müxtəlif statistik tədbirlərin güclü və məhdudiyyətlərinin başa düşülməsinə yönəldilir.
Bu kursun mövzuları: statistikaya giriş, tezlik paylamaları, mərkəzi tendensiya ölçüləri, variasiya ölçüləri, z kəmiyyəti, ehtimal və ehtimal paylanmalar, seçmə müşahidə, hipotezləri, t statistik, korrelyasiya, reqressiya, bir seçməli hipotez tesləri, iki seçməli hipotez testləri, chi-kvadrat, analiz üçün proqram paketindən (Excel, Tableau, Eviews) istifadə, tədqiqat layihəsi.
Kursu müvəffəqiyyətlə bitirən tələbələr:
- biznes tədqiqatları üçün əsas statistik tətbiqləri müəyyən etmək;
- biznes tədqiqatlarına kəmiyyət/keyfiyyət yanaşmalarının necə həyata keçiriləcəyini izah etmək;
- statistik metodların və strategiyaların növlərini müəyyən etmək, müxtəlif tədqiqat maraqları üçün məlumat toplama və təhlil yanaşmalarını seçmək;
- təhlil layihəsinin ümumi dizaynı kontekstində fundamental statistik nəzəriyyə və konsepsiyaları müxtəlif statistik proqramların funksiyaları ilə inteqrasiya etmək.
Bu kurs maliyyə uçotu, uçot texnikalaları və əsas maliyyə hesabatlarının hazırlanmasının əsas prinsip və anlayışlarını təqdim edir. Kursun əsas məqsədi fərdi sahibkarlar, partnyorluqar və şirkətlər üçün əsas maliyyə hesabatlarının hazırlanması və təfsirini, eyni zamanda tələbələrin ikili yazılış üsullarından istifadədə texniki bacarıq nümayiş etdirmək qabiliyyətini təmin etməkdir.
Kursu müvəffəqiyyətlə yekunlaşdırdıqdan sonra tələbələr aşağıdakıları öyrənəcəklər:
- maliyyə uçotunun tənzimlənməsi çərçivələri;
- maliyyə hesabatlarının konteksti və məqsədi;
- maliyyə məlumatlarının keyfiyyət xüsusiyyətləri;
- ikili yazılış və mühasibat sistemləri;
- əməliyyatların və hadisələrin uçot registrlərində yazılması;
- amortizasiya, qudvil, qeyri-maddi aktivlər, kapital, borc və s. uçotu;
- sınaq balansının hazırlanması (səhvlərin müəyyən edilməsi və düzəldilməsi də daxil olmaqla);
- təsis edilmiş və təsis edilməmiş müəssisələr üçün əsas maliyyə hesabatlarının hazırlanması;
- sadə konsolidə edilmiş maliyyə hesabatlarının hazırlanması;
- maliyyə hesabatlarının təfsiri.
İKİNCİ SEMESTR:
Bu kursun məqsədi tələbələrə strategiya qurmaq bacarıqlarını inkişaf etdirmək üçün lazım olan alətlərlə təmin etməkdir. Bu kurs aşağıdakıları əhatə edir:
- strategiyanın hazırlanması və icrası üçün konsepsiyaları və texnikalarını;
- şirkətin hədəflərinin planlaşdırılmasını;
- şirkətin xarici mühitinin qiymətləndirilməsini;
- şirkətin resurslarının, bacarıqlarının və rəqabət qabiliyyətinin qiymətləndirilməsini;
- beş ümumi rəqabət strategiyalarını;
- şirkətin rəqabətli mövqeyinin gücləndirilməsini;
- beynəlxalq bazarlarda rəqabət strategiyalarını;
- korporativ strategiyanı;
- etika, korporativ sosial məsuliyyət, ekoloji davamlılıq və strategiyani;
- uğurluı strategiyaya uyğun təşkilatın qurulmasıni;
- daxili əməliyyatların idarə edilməsini;
- korporativ mədəniyyət və liderliyi.
Tələbələr öyrənəcəklər:
- şirkətin fəaliyyət göstərdiyi biznes mühiti və rəqabət üstünlüyünü qoruyub saxlamaq imkanlarını;
- müştərilərə daha yüksək dəyər yaratmaq üçün mümkün olan ən yaxşı məhsul və funksional fəaliyyətləri yaratmağın yollarını;
- sənayenin rəqabət qabiliyyətində qeyri-sabit və dinamik dəyişikliklərin gətirdiyi şanslar və təhlükələr arasında tarazlığın saxlamaq yollarını;
- müxtəlif analitik üsullarlardan istifadə etmək bacarığına yiyələnmək yollarını;
- bazarlar və rəqiblər haqqında dərin araşdırma aparmaq, rəqiblərin davranışını proqnozlaşdırmaq və bizneslərin zamanla rəqabət üstünlüyünü necə yaratdıqlarını və qoruduqlarını araşdırmaq üçün bu vasitələrdən istifadə etmə bacarıqlarını;
- rəqabət mövqeyi, xərclərin müqayisəli təhlili, cannibalizasiya, şəbəkə xarici faktorları və qloballaşmanın doğurduğu problemlərin idarə edilməsinə xüsusi diqqət yetirilmə yollarını.
Bu fənn proqramı şirkətlər tərəfindən investisiya və maliyyə qərarlarının qəbulu üçün istifadə olunan təhlil alətlərini təqdim edir. Korporativ maliyyə prosesi çərçivəsində şirkətlər hansı uzun və ya qısa müddətli layihələrə investisiya etmələrini müəyyən edirlər. Təhlil zamanı gözlənilən gəlirlilik və kapitalın dəyəri nəzərə alınır. Fənn proqramına aid olan əsas anlayışlar bunlardır: pulun zaman dəyəri, cari və gələcək dəyər anlayışı, investisiya portfeli, portfel riski, portfel nəzəriyyəsi və kapital aktivlərinin qiymət modeli (CAPM), kapitalın orta çəkili dəyəri (WACC), kapital büdcəsi, dividend siyasəti, aktivlərin qiymətləndirilməsi, diskont edilmiş pul axını (DCF) təhlili, xalis cari dəyər və digər investisiya meyarları, daxili gəlirlilik dərəcəsi, geri qaytarılma müddəti(payback) və s.
Bu kursu müvəffəqiyyətlə bitirdikdən sonra tələbələr aşağıdakı bilik və bacarıqlara malik olacaqlar:
- korporativ layihələri dəyərləndirmək və maliyyə məlumatlarına əsaslanaraq, pulun zaman dəyərini, risk və gəlirliliyi nəzərə alaraq, investisiya haqqında qərarlar qəbul etmək;
- şirkətin maliyyə hesabatlarını təhlil etmək;
- investisiya və maliyyə qərarlarının şirkətin dəyərinə necə təsir etdiyini anlamaq;
- riskin qiymətləndirilməsi üsullarını bilmək;
- maliyyə əmsallarını hesablayaraq maliyyə məlumatlarını təhlil etmək və şərh etmək;
- excel-də kompleks modellər hazırlamaq.
Bu fənn firma və digər təşkilatlarda marketinqin rolunu və əhəmiyyətini araşdırır, marketinq planları/strategiyaları, marketinq araşdırmaları, bazarın seqmentasiyası, pərakəndə satış, reklam, qiymət, internet marketinqi və necə effektiv marketinqin qurulmasını əhatə edir.
Bu kursun əsas məqsədi tələbələrin bacarıqlarını artırmaqdır:
- müştərilərin, rəqiblərin, əməkdaşların, şirkətlərin güclü və zəif tərəflərini təhlil edərək bazar imkanlarını qiymətləndirmək;
- təşkilatin məqsədlərinə nail olmaq üçün effektiv marketinq strategiyalarını hazırlamaq;
- uğur imkanlarını artırmaq üçün strategiyanın həyata keçirilməsi proqramını hazırlamaq;
- tələbələrin fikir və tövsiyələrini həm kəmiyyət, həm də keyfiyyət baxımından tənqidi şəkildə yoxlamaq və əsaslandırmaq;
- biznes təşkilatında və ümumilikdə cəmiyyətdə marketinqin rolunu daha yaxşı qiymətləndirməyə və dərk etməyə kömək etmək;
- marketinq nəzəriyyələri, prinsipləri, strategiyaları və konsepsiyaları haqqında biliklərinizi artırmaq və real marketinq vəziyyətlərinə tətbiq etməyə imkan vermək;
- firma daxilində marketinq fəaliyyətini təhlil etmək imkanlarını təmin etmək;
- ümumi idarəetmə kontekstində marketinq qərarlarını qəbul etmək;
- müştəri ehtiyaclarını sərfəli şəkildə təmin etmək üçün marketinq elementlərinə – məhsul siyasəti, paylama kanalları, kommunikasiya və qiymətlərə nəzarət etmək.
Marketinq menecment fənni biznesin bütün funksional sahələrində olan ixtisaslara uyğundur. Marketinq menecerləri marketinq strategiyasını hazırlayıb həyata keçirərkən, digər funksional sahələrdə (maliyyə, idarəetmə, mühasibat uçotu və əməliyyatlar) menecerlər marketinq strategiyalarının əməliyyatlara necə təsir etdiyini başa düşmələri lazımdır.
Mükəmməl marketinq strategiyası olmadan sahibkarlıq təşəbbüsləri və startaplar nadir hallarda uğur qazanırlar. Gəlir mənbələrini dərk etmədən firmanı və onun səhm və istiqrazlarını qiymətləndirmək, maliyyə ehtiyaclarını planlaşdırmaq və ya kredit reytinqini təyin etmək mümkün deyil. Əsasən müştərilərdən gələn gəlirlər birbaşa firma marketinq strategiyasının nəticəsidir.
TOM 502 Texnologiya və əməliyyatlar menecmenti
Bu kurs tələbələrə firmanın əməliyyatlarının onun rəqabət mövqeyinə davamlı töhfəsini təmin etmək üçün lazım olan bacarıq və konsepsiyaları inkişaf etdirməyə imkan verir. Bu, onlara məhsul istehsalı və inkişafı, habelə xidmətlərin göstərilməsi və çatdırılması işinin təşkil edilməsi kimi mürəkkəb prosesləri başa düşməyə kömək edir.
Bu kurs aşağıdakı mövzuları əhatə edir:
- məliyyatlar və məhsuldarlıq;
- prosesin təhlili;
- çarpaz funksional və firmalararası inteqrasiya;
- məhsulun inkişafı;
- layihənin idarə olunması;
- proqnozlaşdırma;
- əmtəə və xidmətlərin dizaynı;
- keyfiyyətin idarə edilməsi;
- təchizat zəncirinin idarə edilməsi analitikası;
- tələbin idarə edilməsi;
- informasiya texnologiyaları;
- texnologiya və əməliyyat strategiyası və s.
ÜÇÜNCÜ/DÖRDÜNCÜ SEMESTR:
ACCTG 646 Maliyyə menecmenti (FM)
Maliyyə menecmenti fənni Peşəkar Mühasib Sertifikatlaşdırma Proqramının(ACCA) peşəkar səviyyəsinə aid olan fənndir. Bu fənn maliyyə idarəetməsi, maliyyə mühiti, risklərin idarə olunması və biznesin qiymətləndirilməsi kimi məsələləri əhatə edərək, tələbələrə maliyyə idarəetmə sahəsi üzrə bilik və bacarıqları tədris edir. Bu fənn üzrə təlim keçən tələbələr müvafiq bilik və bacarıqları əldə etdikdən sonra müxtəlif təşkilatlarda investisiya, maliyyələşdirmə və dividendlər ilə bağlı qərarların alınması və həmçinin də maliyyə meneceri rolunun həyata keçirilməsi sahəsində peşəkar biliklərin tətbiqini həyata keçirə biləcəklər.
Bu fənn proqramını müvəffəqiyyətlə bitirən namizədlər aşağıdakıları bacarmalıdırlar:
- maliyyə idarəetmə funksiyasının rolunu və məqsədini müzakirə etmək;
- iqtisadi mühitin maliyyə idarəçiliyinə təsirini qiymətləndirmək və müzakirə etmək;
- işgüzar kapital idarəetmə üsullarını müzakirə etmək və tətbiq etmək;
- effektiv investisiya qiymətləndirməsinin aparılması;
- biznesin maliyyələşdirməsinin alternativ mənbələrini müəyyənləşdirmək və qiymətləndirmək;
- biznes və aktiv qiymətləndirmə prinsiplərini müzakirə etmək və tətbiq etmək;
- riskin idarəetmə texnikalarını izah etmək və tətbiq etmək.
ACCTG 502 İdarəetmə uçotu (MA)
Bu fənn istehsalat-kommersiya fəaliyyətinin planlaşdırılması və nəzarətin aparılması üçün menecerlərə lazım olan informasiyanın hazırlanması prosesini özündə birləşdirir. Kursun əsas məqsədi düzgün biznes qərarların qəbul edilməsi məqsədilə firmanın menecerlərinə və daxili istifadəçilərinə uçot məlumatlarının dəqiq və vaxtında çatdırılmasıdır. Beləliklə, idarəetmə uçotu idarəetmə prosesini uçot prosesilə əlaqələndirir, hər hansı bir obyektin idarə olunması üçün lazım olan məlumatların yığılması, ölçülməsi, sistemləşdirilməsi, təhlili, ayrılması, izahı və ötürülməsini təmin edir. İdarəetmə uçotunun əsas sahələri bunlardır: xərclərin ölçülməsi, planlaşdırma, qərar qəbul etmə, nəzarət və fəaliyyətin qiymətləndirilməsi.
Bu kursu müvəffəqiyyətlə yekunlaşdıran tələbələr aşağıdakı bilik və bacarıqlara malik olacaqlar:
- idarəetmə məlumatlarının mahiyyətini, mənbəyini və məqsədini izah etmək;
- məhsulun qiymətini təyin etmək üçün istehsal xərclərini təyin edərək məhsulun maya dəyərini hesablamaq;
- -xərclərin uçotu texnikalarını (fəaliyyət növünə görə xərclərin təhlili (ABC anlysis), hədəf xərclərin təhlili (target costing), məhsulun həyat dövrü xərclərinin (life cycle costing) təhlili) izah etmək və tətbiq etmək;
- planlaşdırma və nəzarət üçün büdcələr hazırlamaq;
- faktiki xərcləri normativ xərclərlə müqayisə etmək və hər hansı fərqi təhlil etmək;
- menecerlərin və ya şöbələrin fəaliyyətini büdcə və ya hədəflərlə müqayisə edərək variasiyaları hesablamaq.
Bu kursun əsas məqsədi biznesin hüquqi nizamlanması anlayışının tələbələrə öyrədilməsi və onların bu sahədəki mövcud biliklərinin inkişaf etdirilməsidir. Ümumilikdə, kurs tələbələrə hüquq nəzəriyyəsinin, öhdəlik, əmək və korporativ hüququn əsaslarını öyrədir, müqavilələrlə işləmək, müxtəlif şirkət tiplərinin maliyyələşdirilməsini müqayisə etmək və şirkətlərin yaradılması, idarə edilməsi və ləğv edilməsi bacarıqlarını aşılayır.
Kurs boyu tələbələr mühazirələr dinləyəcək, komanda işlərində iştirak edəcək, audio-vizual təqdimatlarla çıxış edəcək, aktivliklərinə uyğun olaraq qiymətləndiriləcək və imtahanda iştirak edəcəklər. Nəticədə, kurs tələbələrə nəzəri-praktiki biliklər çatdıracaq, onların tənqidi düşünmə bacarıqlarını inkişaf etdirəcək və öyrəndikləri bilikləri tətbiq etməyə hazır peşəkarlar kimi hazırlayacaqdır. Həmçinin, sonda tələbələr ACCA BL “Corporate and Business Law” imtahanını da uğurla verə biləcəklər.
ACCTG 611 Maliyyə hesabatı (FR)
Bu fənn maliyyə hesabatlarının beynəlxalq maliyyə hesabatı standartlarına (İFRS) uygun tərtibatını, mahiyyətini və əhəmiyyətini öyrədən çox actual ACCA proqramlarından biridir. Bu fənn proqramına başlamazdan əvvəl siz maliyyə uçotu fənni ilə tanış olmalısiniz. Siz artıq ehtiyatların və uzunmüddətli aktivlərin uçotunu bilməlisiniz, mənfəət və zərər haqqında, maliyyə vəziyyəti və pul vəsaitlərinin hərəkəti haqqında hesabatları hazırlamağı bacarmalısınız. Əsas maliyyə əmsallarının hesablanma qaydalarını da bilməlisiniz. Bu fənn sizin maliyyə hesabatları üzrə bilik və bacarıqlarınızı növbəti səviyyəyə qaldırır. Yeni mövzular konsolidə edilmiş maliyyə hesabatları, uzunmüddətli müqavilələr, bioloji aktivlər, maliyyə alətləri və icarələrdir. Tələbələr həmçinin maliyyə hesabatlarını necə təhlil etmək və şərh etmək barədə bilik və bacarıqlar əldə edəcəklər.
Bu kursu müvəffəqiyyətlə bitirdikdən sonra tələbələr aşağıdakı bilik və bacarıqlara malik olacaqlar:
- maliyyə uçotu və maliyyə hesabatlarının konseptual çərçivəsi və tənzimləyici qurumlar haqqında məlumatlı olacaqlar;
- BMHS -a uyğun maliyyə hesabatları hazırlamağı bacaracaqlar;
- konsolidasiya edilmiş maliyyə hesabatlarını hazırlamağı bacaracaqlar;
- maliyyə əmsallarını hesablayaraq maliyyə məlumatlarını təhlil etmək və şərh etməyi bacaracaqlar.
FIN 614 Sərmayələr və portfel menecmenti
Bu kursun məqsədi portfelin idarə edilməsi prosesini, məqsədlərin müəyyən edilməsini, sənaye və şirkət təhlilini, portfelin qurulması və idarə edilməsini, risklərin, gəlirlərin ölçülməsi və qiymətləndirilməsi ilə bağlı portfel menecerindən gözlənilən bilik və bacarıqların inkişaf etdirməkdir.
İnvestisiyaların və portfelin idarə edilməsi fənni tələbələrə maliyyə bazarlarının aktivləri və müxtəlif maliyyə alətlərini necə qiymət verdiyini bilmək üçün lazım olan investisiyaların idarə edilməsi alətləri ilə təmin etmək üçün nəzərdə tutulmuşdur. Əsas diqqət təşkilati kontekstdə portfel menecerlərinin rolunu başa düşmək və geniş spektrli maliyyə-investisiya təhlili bacarıqlarının inkişaf etdirilməsidir.
Bu fənndəki mövzuların hər birində diqqət rəqəmsal investisiyaların idarə edilməsi və təhlili üsullarının tətbiqinə yönəldilir, lakin tələbələrdən öz nəticələrini şərh etmələri və investisiya qərarlarına təsir edə biləcək qeyri-maliyyə məsələləri müzakirə etmələri gözlənilir.
FIN 615 Qiymətli kağızlarla ticarət və maliyyə bazarları
Bu kurs gələcəkdə qarşılaşa biləcəyiniz qlobal biznes mühitində qiymətli kağızların və maliyyə bazarlarının rolunu başa düşməyə kömək etmək məqsədi daşıyır. O, həmçinin maliyyə bazarları, maliyyə institutları və iqtisadiyyat arasında əlaqəni araşdıran maliyyə və iqtisadiyyat prinsiplərinin bir sıra tətbiqlərini inkişaf etdirməyə kömək edir. Maliyyə bazarları tərəfində faiz dərəcələrinin, istiqrazların, səhmlərin, törəmə alətlərin və valyutaların müddətli strukturu öyrəniləcək. Kommersiya bankları, investisiya bankları, qarşılıqlı fondlar, Federal Ehtiyat Sistemləri və onların iqtisadiyyatdakı rolu öyrəniləcək.
Bu kursu uğurla başa vurduqdan sonra tələbələr aşağıdakıları öyrənəcəklər:
- aktiv sinifləri və maliyyə alətləri;
- qiymətli kağızlarla ticarət;
- pay fondları və digər investisiya şirkətləri;
- sabit gəlirli qiymətli kağızlar: müəyyənedici elementlər;
- sabit gəlir bazarları, sabit gəlirin qiymətləndirilməsi;
- aktivlə təmin edilmiş qiymətli kağızlar;
- sabit gəlir riski və gəlirliliyini başa düşmək;
- təhlükəsizlik təhlili və kapitalın qiymətləndirilməsi valyuta məzənnələri;
- fyuçers və opsionların qiymətləndirilməsi;
- törəmə bazarlar, törəmə qiymətlər və qiymətləndirmə;
- alternativ investisiyalar.
ACCTG 610 Audit və əminlik (AA)
Bu kurs tələbəni audit, onun tənzimləmə mühiti, təminat öhdəliklərinin mahiyyəti, məqsədi və əhatə dairəsi ilə tanış edir. Müasir dövrdə təşkilatlardan məşğul olduqları fəaliyyət sahələri üzrə yalnız mənfəətli olmaq deyil, həm də müxtəlif səhmdarlarının və digər maraqlı tərəflərin ən yaxşı maraqlarını təmin etmək gözlənilir. Təşkilatlar sözügedən prinsiplərə nail olmaqdan ötrü, müxtəlif mühasibat kitablarının yoxlanılması, şirkət resurslarının fiziki ölçülməsi, və nəhayət maliyyə hesabatının auditini həyata keçirirlər. Daxili və xarici audit fəaliyyətin səmərəlilik və effektivliyini, bütün müvafiq qanunlara uyğunluğunu təmin etməklə yanaşı təşkilatın lazımi səviyyədə idarə edilməsini və ona nəzarəti təmin edir. İlk öncə bu fənn tələbələri auditorun idarəetmə və peşə etikası ilə tanış edir. Sonrakı mərhələdə auditin planlaşdırılması və risklərin qiymətləndirilməsi aparılır. Daha sonra daxili nəzarət mexanizmləri, audit sübutlarının qiymətləndirilməsi və maliyyə hesabatlarının yoxlanılması əhatə olunur. Yekun bölmədə yekun yoxlama prosedurları ilə yanaşı, auditor rəyinin forması və məzmununa xüsusi diqqət yetirilir.
Bu kursu müvəffəqiyyətlə bitirdikdən sonra tələbələr aşağıdakı sahələr üzrə bilik və bacarıqlara malik olacaqlar:
- auditor etikası və peşə davranışı daxil olmaqla, audit anlayışını və auditin funksiyalarını izah etmək;
- auditin keçirilməsinin vaxtı və auditorun əhatə edəcəyi bölmələr haqqında ətraflı məlumatları əhatə edən yoxlamanın planlaşdırılması;
- dələduzluq və ya digər qanun pozuntuları səbəbindən əhəmiyyətli təhriflərin risklərini qiymətləndirmək və maliyyə hesabatlarının auditini planlaşdırmaq;
- auditor tərəfindən əldə edilən sübutların auditin məqsədlərinə uyğun olub olmadığını müəyyən etmək, həmçinin onların Beynəlxalq Audit Standartlarına (ISA) uyğunluğunu araşdırmaq;
- auditin son və ən vacib elementi olaraq, auditin nəticəsi haqqında auditor rəyi formasında hesabat təqdim etmək.
Kursun məqsədi tələbələrə beynəlxalq maliyyə kontekstində əsaslı anlayışların aşılanmasıdır. Kurs həmçinin beynəlxalq şirkətlər (ing: multinational corporation – MNC) üçün beynəlxalq maliyyənin həlledici rolu da daxil olmaqla, bu sahədə müxtəlif və geniş spektrli məsələlərin təhlilini də əhatə edir. Kursun əhatə etdiyi mühüm mövzular arasında milli gəlirin uçotu, tədiyə balansı, valyuta məzənnələri, faiz dərəcələri, pul tələbi və təklifi, inflyasiya dərəcəsi və məzənnə dinamikası var.
Kurs zamanı məcmu tələb, məhsul və aktiv bazarı tarazlıqları, makroiqtisadi siyasətlər və cari əməliyyatlar hesabı və ticarət siyasətləri ilə bağlı mövzulara da yer ayrılır. Tələbələrə həmçinin beynəlxalq investisiyaların idarə edilməsi, transsərhəd satınalmalar, beynəlxalq kapital büdcəsi və çoxmillətli pul vəsaitlərinin idarə edilməsi və ticarətin maliyyələşdirilməsi üçün tələb olunan biliklərin də verilməsi gözlənilir.
Bu kursu müvəffəqiyyətlə tamamlayan tələbələr aşağıdakılar ilə bağlı bilik və bacarıqlara yiyələnəcəklər:
- milli gəlirin uçotu və tədiyə balansı;
- valyuta məzənnələri və valyuta bazarı;
- pul, faiz dərəcələri və valyuta məzənnələri;
- uzunmüddətli dövrdə qiymət səviyyəsi və mübadilə kursu;
- nəticə və qısamüddətli mübadilə məzənnəsi;
- maliyyə qloballaşması: imkanlar və böhran;
- inkişaf etməkdə olan ölkələr: artım, böhran və islahatlar;
- əmək məhsuldarlığı və müqayisəli üstünlük;
- inkişaf etməkdə olan ölkələrdə ticarət siyasəti və s.
FIN 650 Tətbiqi korporativ maliyyə
Bu kurs Korporativ Maliyyənin nəzəri və tətbiqi tərəflərini dərindən əhatə edir.
Kursun birinci hissəsi korporativ borclar və kreditləşmə kontekstində maliyyə bazarlarının başa düşülməsi üçün istifadə olunan qabaqcıl nəzəriyyələrin dərindən öyrənilməsindən ibarətdir. Dolayı yolla biz mükəmməl kapital bazarlarının qeyri-kamil kapital bazarlarından fərqlərini müzakirə edəcəyik. Daha sonra qiymətli kağızların strukturunu və fond bazarlarında qiymətli kağızların verilməsi prosesini anlamaq üçün bu nəzəriyyələrə əsaslanırıq. Bundan sonra biz pul vəsaitlərinin hərəkətinə nəzarət və hüquqların qarşılıqlı təsiri və korporativ nəzarətin rolunu nəzərdən keçirəcəyik. Nəhayət, biz korporativ risklərin idarə edilməsini və hedcinq edilməsini qiymətləndiririk.
Kursun ikinci hissəsi korporativ menecerlərin, investorların və sahibkarların adətən üzləşdiyi problemləri həll etmək üçün korporativ maliyyə alətlərinin praktiki tətbiqinə həsr olunacaq. Xüsusilə, kapital büdcəsi, optimal kapital strukturlarının inkişafı, eləcə də startups-ların, birləşmələrin və birbaşa investisiyaların alınması kimi problemlərin ayrı-ayrı tematik araşdırmalarını nəzərdən keçirəcəyik. Bu alətlərin maliyyə, konsaltinq və digər sahələrdə karyera üçün aktuallığını da müzakirə edəcəyik.
Kursun sonunda tələbələr bunları öyrənəcəklər:
- korporativ maliyyənin qabaqcıl nəzəri modelləri;
- korporativ qiymətləndirmələrin aparılması üçün bu vasitələrdən istifadə etməyi;
- kapital büdcələrinin hazırlanması;
- kapitalın optimal strukturlarını müəyyən etmək.
Rəqəmsal maliyyə, yeni texnologiyaların maliyyə xidmətləri sahəsində təsirini təsvir etmək üçün istifadə olunan bir termindir. Bu bank və maliyyə xidmətləri təmin etmək üçün ənənəvi yol dəyişib ki, bir çox məhsulları, ərizə, proseslər və biznes modelləri daxildir.
Maliyyə sahəsində texnoloji yeniliklər yeni bir şey olmasa da, son illərdə yeni texnologiyalara investisiyalar əhəmiyyətli dərəcədə artmışdır və innovasiya templəri həndəsi inkişafda artır. İndi biz bankımızla mobil texnologiyalar vasitəsilə qarşılıqlı əlaqə saxlayırıq. Biz ödənişləri həyata keçiririk, pul köçürürük və bir neçə il bundan əvvəl olmayan bir çox yeni alətlərdən istifadə edərək sərmayə yatırırıq. Süni intellekt, sosial şəbəkələr, maşın təlimi, mobil əlavələr, paylanmış reyestrlərin texnologiyaları, bulud hesablamaları və böyük məlumatların təhlili yeni xidmətlərin və dayanıqlı maliyyə institutlarının biznes modellərinin və yeni bazar iştirakçılarının yaranmasına gətirib çıxardı.
Bütün bu texnologiyalar həm istehlakçılara, həm də şirkətlərə fayda verə bilər, maliyyə xidmətlərinə daha geniş giriş imkanı verir, daha geniş seçim təklif edir və əməliyyatların effektivliyini artırır. Onlar həmçinin milli maneələrin aradan qaldırılmasına və rəqabətin stimullaşdırılmasına kömək edə bilərlər.
- onlayn bankçılıq, onlayn ödəniş və köçürmə xidmətləri;
- peer-to-peer kreditləşdirilməsi;
- şəxsi investisiyalar üzrə məsləhət və xidmətlər;
- blokçeynlər, ağıllı müqavilələr, kriptoqrafiya, (həqiqətən) paylanmış arxitekturalar və sistem mühəndisliyi kimi maliyyə sahəsində rəqəmsal transformasiyanın əsas texnoloji konsepsiyaları haqqında müasir, tətbiq olunan bilikləri nümayiş etdirmək;
- iş yerində rəqəmsal transformasiya təşəbbüslərinin həm sosial-iqtisadi, həm də əməliyyat təsirlərini nəzərdən keçirmək, öyrənmək və təhlil etmək üçün tədqiqatın məzmununu tətbiq etmək.
DFIN 644 Maliyyədə rəqəmsal transformasiya
Maliyyədə Rəqəmsal Transformasiya kursu sizə ənənəvi maliyyə infrastrukturunu xarakterizə edən problemlərin həllinə yüksək texnologiyalı alternativlər tapmaqdan ötrü fənlərarası tədris mühitini təklif edir. Bir çoxumuz müxtəlif fintech təşəbbüslərindən xəbərdarıq. Onların əksəriyyəti maliyyə sektoruna və onun ənənəvi infrastrukturuna uyğunlaşır və son zamanlar intensiv istifadə edilir. Bundan əlavə, bu kurs blokçeyn texnologiyasının maliyyə xidmətlərində necə istifadə olunmasını öyrədir.
Kursu uğurla bitirdikdən sonra siz aşağıdakı bilik və bacarəqlara nail olacaksınız:
- blokçeynlər və onların maliyyə tətbiqləri ilə bağlı nəzəri və empirik anlayışları biləcəksiniz;
- rəqəmsallaşmanın ev təsərrüfatlarına təsiri və nəticələri, o cümlədən rəqəmsallaşmanın maliyyə inklüzivliyinə, borcun idarə edilməsinə və pensiya planlaşdırılmasına təsiri haqqında müasir, tətbiq edilə bilən bilikləri nümayiş etdirə biləcəksiniz;
- blokçeynlər, ağıllı müqavilələr, kriptoqrafiya, paylanmış arxitekturalar və sistem mühəndisliyinin maliyyə sahəsində necə tətbiq olunmasını nümayiş edə biləcəksiniz;
- iş yerində rəqəmsal transformasiya təşəbbüslərinin həm sosial-iqtisadi, həm də əməliyyat təsirlərini öyrənəcəksiniz;
- daxili nəzarət və risklərin idarə edilməsi üçün COSO və COSO-ERM modelləri və bu məqsədlərə nail olmaq üçün istifadə edilən xüsusi nəzarət vasitələr.
Yaşıl Maliyyə davamlı ekoloji layihə və təşəbbüslərə axan maliyyə investisiyalarına istinad edən geniş termindir. Bu kurs iqlim dəyişikliyi, sənaye çirklənməsinə nəzarətin maliyyələşdirilməsi, biomüxtəlifliyin qorunması, istixana qazı emissiyalarının (İQQ) azaldılması və qarşısının alınmasına töhfə verən layihə və proqramlara maliyyə axını kimi əsas yaşıl investisiya hədəflərinə diqqət yetirir. Bank sektoru üçün yaşıl maliyyə ekoloji cəhətdən məsuliyyətli investisiyaları təşviq etmək və aşağı karbon texnologiyalarını, layihələri, sənayeləri və biznesləri stimullaşdırmaq üçün verilən kredit qərarlarının qəbulu, keçmiş monitorinq və risklərin idarə edilməsi proseslərində maliyyə məhsulları və xidmətləri kimi müəyyən edilir. Kurs boyunca tədris olunacaq materiallar/məlumatlar tələbələrə mühazirələr, praktiki sinifdaxili fəaliyyətlər, seminarlar və qonaq mühazirəçilər vasitəsilə çatdırılacaq. Qonaq mühazirəçilər xarici təşkilatlardan, o cümlədən ətraf mühit təşkilatlarından olub, yerli iqtisadiyyatda yaşıl maliyyənin cari vəziyyəti haqqında məlumat təqdim edəcəklər.
Bu kursu müvəffəqiyyətlə bitirən tələbələr aşağıdakı bilik və bacarıqlara malik olacaqlar:
- aşağı karbonlu investisiyaların artırılmasında dövlət-özəl tərəfdaşlıq və yaşıl investisiya banklarının rolu;
- enerji keçidlərinin maliyyələşdirilməsinin nəsillərarası yüklərini idarə etmək üçün “qapaq və investisiya” strategiyası;
- yaşıl enerji layihələrini təşviq etmək üçün karbon qiymətlərinin idarə edilməsi;
- iqlim dəyişikliyində və yaşıl maliyyələşmədə Mərkəzi Bankın rolu;
- yaşıl istiqrazlar ilə ənənəvi istiqrazlar arasındakı fərqlər;
- yaşıl inkişafı sürətləndirmək üçün maliyyə strategiyaları;
- imkanları, çağırışları və artan dayanıqlı investisiya imkanlarından istifadə etmək üçün ölkələr üçün əlverişli şərtləri müzakirə etmək;
- dövlət və özəl sektorlar üçün yaşıl istiqrazlar və yaşıl kreditlər buraxmaq imkanlarını müəyyən etmək.
HRM 602 Beynəlxalq biznes etikası və korporativ idarəetmə
Bu kursun əsas məqsədi tələbələrin korporativ idarəetmə, peşə etikası və korporativ sosial məsuliyyət konsepsiyalarını dərindən başa düşmələrinə və onların müasir biznes mühitində tələb olunan əsas bilik və bacarıqları inkişaf etdirmələrinə nail olmaqdır. Kurs, tələbələrə biznes mühitində etik davranışın iqtisadi, maliyyə, idarəetmə və ətraf mühitə təsirləri haqqında bilikləri aşılamaq üçün işlənib hazırlanmışdır.
Kursun məzmununa biznesin işçilər, müştərilər, icma, ətraf mühit, səhmdarlar və dövlət də daxil olmaqla müxtəlif maraqlı tərəflər qarşısındakı sosial və ekoloji məsuliyyətlərinin təhlili, mövcud korporativ idarəetmə modelləri və prinsipləri, korporativ idarəetməyə aid hüquqi tənzimləmə qaydaları və normaları da daxildir.
Mənəvi-əxlaqi məsələlər, etik dilemmalar, bərabərlik, ədalət prinsipi və müasir korporativ idarəetmə mühitində qarşıya çıxan mübahisəli etik məsələlərin case təhlili, rol oyunları, simulyasiyalar, müzakirələr və digər bu kimi müxtəlif interaktiv təlim metodlarından istifadə etməklə öyrənilməsi tələbələrin biznes etikası və korporativ idarəetmə ilə bağlı problemləri təhlil etmək və düzgün qərarlar qəbul etmək qabiliyyətlərini inkişaf etdirmələrinə kömək edir.
MIS 521 İdarəetmənin informasiya sistemləri
Bu kurs tələbələrə biznes modellərinin səmərəliliyini və effektivliyini artırmaq üçün yeni yanaşmaların, informasiya sisteminin rolunun, üstünlükləri və komponentlərinin, İT idarəetmə təcrübələrinin (məsələn, ağıllı təchizat zəncirinin idarə edilməsi, biznes prosesinin idarə edilməsində İT və s.), Microsoft Excel və Access proqramlarında verilənlərin təhlilinin, Sistem Analiz Proqramında (SAP) müəssisə resurslarının planlaşdırılmasının öyrənilməsinə imkan verəcəkdir.
Kursun məqsədi tələbələrə rəqabətli dünyada funksional sahələrdən əldə etdikləri bacarıqları informasiya sistemləri vasitəsilə təşkilatda qərar vermə prosesinə inteqrasiya etməsinə imkan verir.
Bu kurs tələbələrə biznes tətbiq proqramlarından istifadə etməklə biznes problemlərinin həlli edilməsinə kömək etməkdir.
Bu kursa aşağıdakı mövzular daxildir:
- qlobal biznesdə informasiya sistemləri;
- qlobal e-biznes və əməkdaşlıq;
- informasiya sistemləri, təşkilatlar və strategiya;
- informasiya sistemlərində etik və sosial məsələlər;
- İT infrastrukturu və yeni yaranan texnologiyalar;
- Biznes intellektinin əsasları: verilənlər bazası və məlumatların idarə edilməsi;
- telekommunikasiya, internet və simsiz texnologiya
- informasiya sistemlərinin təhlükəsizliyi;
- əməliyyat mükəmməlliyinə və müştəri yaxınlığına nail olmaq: müəssisə tətbiqləri;
- elektron ticarət: rəqəmsal bazarlar, rəqəmsal mallar;
- bilik və süni intellektin idarə edilməsi;
- qərar vermənin təkmilləşdirilməsi;
- informasiya sistemlərinin qurulması;
- layihələrin idarə edilməsi;
- qlobal sistemlərin idarə edilməsi.
RES 620 Qərarqəbuletmədə tədqiqat metodları
Bu kursun məqsədi beynəlxalq mühitdə müxtəlif metodların tətbiqi əsasında idarəetmə qərarlarının hazırlanması bacarığını təmin edən nəzəri bilik və praktik bacarıqları vermək, həmçinin iqtisadi və idarəetmə qərarlarının qəbulu prosesinin öyrənilməsini, qərar tələb edən vəziyyətlərin təhlilini, sadə və mürəkkəb qərar qəbuletmə üsullarını, effektiv qərar qəbul etmək üçün əsas kəmiyyət/keyfiyyət üsul və vasitələrinin istifadəsindən ibarətdir.
Tələbələr öyrənəcəklər:
- tənqidi yanaşma əsasında problemə uyğun ədəbiyyatın müəyyən edilməsi;
- tədqiqat yanaşmaları və strategiyaların seçilməsini;
- biznes araşdırmalarında etika;
- nümunələrin seçilməsi;
- kəmiyyət tədqiqat metodları: kəmiyyət məlumatlarının toplanması və təhlili;
- keyfiyyət tədqiqat metodları: keyfiyyət məlumatların toplanması və təhlili;
- müsahibələrin, fokus qrupların, iştirakçıların müşahidəsinin aparılmasında praktik məsələləri;
- optimallaşdırma modelləri, simulyasiya və qrup qərar vermə metodları əsasında trendlərin proqnozlaşdırılması;
- tədqiqat hesabatlarının təqdim edilməsi.
Bu kursun məqsədi müəssislərdə dəyər yaratmaq istəyən menecerlərin qarşılaşdığı problemlərin həll yollarını göstərir və tələbələrə sahibkar menecer olmaq üçün öz yanaşmalarını, təlimatlarını və bacarıqlarını inkişaf etdirməyə imkanı verir.
Kurs tələbələrə aşağıdakıları öyrədir:
- dəyər yaratmaq üçün potensial imkanları müəyyən etmək yollarını;
- sahibkar fəaliyyəti ilə məşğul olmaq üçün lazım olan resursları əldə etmək imkanlarını;
- yaradılmış müəssisəni idarə etmək yollarını;
- biznes fəaliyyətini dayanaqlı müəssisəyə çevirmək imkanlarını;
- müəssisənin maraqlı tərəflərinə dəyər yaratmaq və artırmaq yollarını.
Dissertasiya işi (buraxılış layihəsi/capstone paper) – ixtisaslaşma sahəsinə aid olan aktual məsələlər üzrə
Biznesin təşkili və idarə edilməsi (maliyyə üzrə)
Biznesin təşkili və idarə edilməsi (beynəlxalq biznes üzrə)
Biznesin təşkili və idarə edilməsi (marketinq üzrə)
Biznesin təşkili və idarə edilməsi (qiymətli kağızlar üzrə)
Biznesin təşkili və idarə edilməsi (ümumi təyinatlı)
Biznesin təşkili və idarə edilməsi (insan resurslarının idarə olunması)
Biznesin təşkili və idarə edilməsi (menecment üzrə)
Biznesin təşkili və idarə edilməsi (mühasibat uçotu üzrə)
Biznesin təşkili və idarə edilməsi (bank və sığortanın idarə edilməsi üzrə)
Biznesin təşkili və idarə edilməsi (bank və sığortanın idarə edilməsi üzrə)
Biznesin təşkili və idarə edilməsi (səhiyyənin idarə edilməsi üzrə)
Biznesin təşkili və idarə edilməsi (idmanın idarə edilməsi üzrə)
Biznesin təşkili və idarə edilməsi (mühəndislik və idarəetmənin riskləri üzrə)
Biznesin təşkili və idarə edilməsi (turizm və otelçiliyin idarə edilməsi üzrə)
Biznesin təşkili və idarə edilməsi (layihələrin idarə edilməsi üzrə)
Biznesin təşkili və idarə edilməsi (sosial media marketinqi üzrə)
Biznesin təşkili və idarə edilməsi (biznes və data analitikası üzrə)
Biznesin təşkili və idarə edilməsi (risklərin idarə olunması üzrə)
Biznesin təşkili və idarə edilməsi (beynəlxalq logistika və təchizat zəncirinin idarə edilməsi üzrə)
Biznesin təşkili və idarə edilməsi (kiber təhlükəsizlik üzrə)
Biznesin təşkili və idarə edilməsi (vergi idarə etməsi və vergi planlaşdırması üzrə)
İXTİSASLAŞMA: BİZNESİN TƏŞKİLİ VƏ İDARƏ EDİLMƏSİ (ali təhsilin idarə edilməsi üzrə)
Ali təhsilin idarə edilməsi ixtisaslaşması ali təhsil sistemləri və siyasətlərini araşdırmaq; müsbət sosial dəyişiklikləri asanlaşdırmaq; effektiv liderlik və idarəetmə bacarıqlarını və strategiyalarını öyrənmək və tətbiq etmək; sistemli və kompleks yanaşma əsasında təşkilati dəyişikliklərin ali təhsil müəssisələrinə, institusional effektivliyə, tələbələrin öyrədilməsinə, inkişafına və təşkilatın ümumi inkişafına necə təsir etdiyini öyrənmək; milli və beynəlxalq səviyyədə dinamik ali təhsil müəssisələrinin ehtiyaclarını qarşılamaq üçün müasir idarəetmə bacarıqlarını inkişaf etdirməyə imkan verir.
MBA proqramının müddəti və ünvanı:
Ali təhsilin idarə edilməsi ixtisaslaşması üzrə dissertasiya işi yazanların təhsili Avropa Kredit Transfer Sistemi uyğun olaraq 4 semestr (2 il) ərzində 8 ümumi fənn (bir fənn 7.5 AKTS) üzrə 60 kredit, 4 seçmə (ixtisas) fənn üzrə 30 kredit və dissertasiya işi (buraxılış layihəsi) üzrə 30 kredit olmaqla, cəmi 120 kreditlə tamamlanır.
Qeyd 1: Dissertasiya işi yazamayanların təhsili 8 ümumi fənn üzrə 60 kredit və 8 seçmə (ixtisas) fənn üzrə 60 kredit olmaqla, cəmi 120 kreditlə tamamlanır.
Qeyd 2: Könüllülük əsasında dissertasiya işi yazılır və doktoranturaya sənəd verilə bilir.
Dərslər payız, yaz və yay semestrlərində həftədə iki dəfə olmaqla, Bakı şəhəri, İstiqlaliyyət küçəsi 6, AZ1001 ünvanında keçirilir. Əlaqə: e-mail: [email protected]; tel.: +994124976267.
MBA proqramına qəbul şərtləri:
Əsas təhsili iqtisadiyyat sahəsinə aid olan və olmayan ixtisaslar üzrə bakalavr dərəcəsi almış namizədlər DİM (Dövlət İmtahan Mərkəzi) qəbul imtahanından uğurla keçməklə MBA proqramına qəbul olunurlar.
MBA proqramında tədris metodlarının üstünlükləri:
Bu proqram ali təhsilli ixtisaslı mütəxəssislərə öz rəhbərlik keyfiyyətinin yüksəldilməsinə, sistemli bilik, bacarıq və işgüzar idarəetmə vərdişlərinin mənimsənilməsinə və peşəkarlıq səviyyəsinin davamlı olaraq artırılmasına müasir biznes informasiyasının araşdırılmasına, analitik düşünmə və qərarvermə qabiliyyətinın inkişafına, biznes etikası, təqdimat qabiliyyəti, vaxtın idarə edilməsi və sahibkarlıq məntiqinin formalaşdırılmasına şərait yaradır. Proqram magistrantları cəmiyyət, müəssisə və təşkilatların idarə olunmasında məsul vəzifələr tutmağa hazırlayır. Nəzəri və praktik məlumatlarla yanaşı, proqramda nümunə kimi konkret biznes halları (case study) müzakirə edilir, rol oynama, biznes oyunu, müxtəlif ssenarilərın təqdimatları, qrup və layihə çalışmaları həyata keçirilir və bu zaman müasir tədris metod və texnologiyalarından istifadə edilir. Proqram ictimai əhəmiyyətli qeyri-hökumət, qeyri-dövlət və kommersiya yönümlü təşkilatlarda struktur və fəaliyyət sahəsinə təsir edəcək dəyişikliklərin çevik idarə edilməsi, qanunvericilikdə və biznes mühitində yeni meyillərin öncədən (proaktiv) araşdırılması vərdişlərini aşılayır. Magistrantın fənni mənimsəməsi həftəlik və yarım semestrlik testlər (quiz), dərsdə iştirak səviyyəsi, ev tapşırıqları və kumulyativ (semestr imtahanı) imtahan əsasında (yazılı formada açıq suallardan ibarət olmaqla) qiymətləndirilir.
MBA proqramında tədris kadrları:
Proqram UNEC-in müəllimləri ilə yanaşı, digər ali təhsil müəssisələrinin professor-müəllim heyəti, ölkədə fəaliyyət göstərən yerli və xarici təşkilatlarda məsul vəzifədə çalışan rəhbər şəxslər, peşəkar menecerlər və müqavilə əsasında dünyanın aparıcı təhsil müəssisələrindən dəvət edilmiş professor-müəllim heyətinin elmi bilik və praktik potensialından faydalanır.
Təhsilini tamamlamış magistr öz ixtisası üzrə magistr elmi-ixtisas dərəcəsi və diplomu ilə təltif olunur və ona bu dərəcəyə uyğun olan hüquq və imtiyazlar verilir.
ALİ TƏHSİLİN İDARƏ EDİLMƏSİ İXTİSASLAŞMASI ÜZRƏ TƏDRİS EDİLƏN FƏNLƏR:
BİRİNCİ SEMESTR:
HEL 647 Ali təhsildə liderlik və təşkilati davranış
Bu fənn tələbələrə insanların birlikdə çətinliklərə qarşı işləməsi və imkanları dəyərləndirib möhtəşəm uğurlara çevrilməsi üçün düzgün mühit yarada bilmələrində liderlik bacarıqlarını formalaşdırmağa imkan verir. Həmçinin bu fənn kəmiyyət və keyfiyyət tədqiqatına əsaslanan liderlik bacarığının təkmilləşməsi üçün praktik bələdçiliyi təmin edir, qərarları necə vermək və gündəlik həyatda resursları necə bölmək üçün liderlik və idarəçilik bacarıqları arasında əlaqəni göstərir. Bu liderlər dəyərləri əməllərə, baxışları reallıqlara, maneələri kəşflərə çevirmək üçün istifadə etdikləri təşkilatçılıq bacarıqlarını əldə edirlər.
Bu kursu uğurla yekunlaşdıran tələbələr aşağıdakı bilik və bacarıqlara malik olacaqlar:
- onları əhatə edən mühiti, universiteti və şöbəni yaxından tanıyacaq;
- yeni ali məktəb mənzərəsi ilə tanış olacaqlar;
- idrak (kognitiv) qeyri-obyektivliyini aradan qaldırıb çevik təfəkkür yaradacaqlar;
- tədris mükəmməlliyi çərçivəsində strateji planlaşdırmaya istinad edəcəklər;
- fənn portfolioları və sahələrini nəzərdən keçirəcəklər;
- tələbə nailiyyətlərini və heyət təcrübəsini təkmilləşdirəcəklər;
- riski qiymətləndirib azaldacaqlar;
- sosial mobillik əldə edəcəklər.
HEE 653 Ali təhsilin iqtisadiyyatı
Bu kursun əsas məqsədi tələbələrə ali təhsil “sənayesini” və iqtisadi nöqteyi nəzərdən onun təhsil proseslərini görməyə kömək etməkdir. Ali təhsil və iqtisadi artım, istehlak, investisiya, məşğulluq və kapital arasındakı əlaqəni həll etmək üçün bir neçə iqtisadi təhlil alətindən istifadə olunur.
Bununla yanaşı, tələbələr ali təhsil siyasəti ilə əlaqəli bir sıra sahələri, o cümlədən ali təhsilin iqtisadi və qeyri-iqtisadi faydalarını, xərclərin artımı nəzəriyyələrini, ali təhsilin iqtisadi təsirini, ali təhsilin istehsal funksiyalarını, ali təhsildə təşkilati davranış nəzəriyyələrini, ali təhsilin beynəlmiləlləşməsinin iqtisadi və qeyri-iqtisadi faydalarını, milli bacarıqların hazırlanması sistemlərində ali təhsilin rolunu, bilik iqtisadiyyatı dövründə ali təhsilin innovasiya ekosisteminin təşviqində rolu kimi mövzular araşdıracaqlar.
Bu kursu uğurla yekunlaşdıran tələbələr aşağıdakı bilik və bacarıqlara malik olacaqlar:
- kollec seçimi prosesinin beş mərhələli modelinin köməyilə ali təhsilə yatırılan investisyaların xərc və mənfəətini müəyyən edəcəklər;
- ali təhsilin özəl və sosial səmərəsini mənimsəyəcəklər;
- ali təhsilə olan tələb və təklifi müəyyən edə biləcəklər;
- ali təhsildə hökumətin rolunu təsvir edəcəklər;
- ali təhsilin gəlir və xərclərini təhlil edəcəklər;
- ali təhsil müəssisələrinin rəqabət qabiliyyətliliyini müəyyən edəcəklər;
- əmək bazarı ilə ali təhsili müəssisələri arasında əlaqəni dəyərləndirəcəklər;
- ali təhsilin dayanıqlı inkişafı üçün təhsilin əhəmiyyətini izah edə biləcəklər;
- ali təhsil iqtisadiyyatının sosial təsirini təhlil edəcəklər.
HEA 658 Ali təhsilin təşkili və idarə edilməsi
Bu fənn cari dəyişikliklərə yönəlmiş liderləri səmərəli strategiyalar ilə təmin edərək, ali təhsilin təşkili və idarə edilməsi çərçivəsində strateji planlaşdırma və büdcənin hazırlanması ilə tanış edir. Funksional fəaliyyət və fövqəladə halların planlaşdırılması kimi təşkilati strukturun təfərrüatları və mürəkkəblikləri üzrə praktik və effektiv təlimatlar verir. Bu kursun məqsədi ali təhsili idarə edənlərə öz müəssisələrini mükəmməlliyə çatdırmaqda kömək etməkdir.
Bu kursu uğurla yekunlaşdıran tələbələr aşağıdakı bilik və bacarıqlara malik olacaqlar:
- ali təhsil müəssisəsi və proqramları diapazonunu anlamaq;
- əsas liderlik vəzifələrini və fəaliyyət gözləntilərini müəyyən etmək;
- daxili hökumət, komitə və məsləhət qruplarının rolunu müəyyən etmək;
- universitetlərdə insan resurslarını səmərəli idarə etmək;
- institusional liderlikdə tələbə idarəçiliyi və iştirakını anlamaq;
- resursların səmərəli və rasional idarə etmək;
- ali təhsil müəssisəsi üçün innovativ strateji planlaşdırmanı müəyyən etmək;
- büdcə proseslərinin mahiyyət və rolunu anlamaq;
- akademik proqramların resurslarını idarə etmək;
- icmal akkreditasiya;
- ali təhsili formalaşdıran məsələləri anlamaq;
- ali təhsildə sosial şəbəkələrin məqsədini, dəyərliliyini və təsadüfi nəticələrini müəyyən etmək;
- böhrana qarşı idarəetmənin strateji planını hazırlamaq.
Bu kurs maliyyə uçotu, uçot texnikaları və əsas maliyyə hesabatlarının hazırlanmasının əsas prinsip və anlayışlarını təqdim edir. Kursun əsas məqsədi fərdi sahibkar, partnyor və şirkətlər üçün əsas maliyyə hesabatlarının hazırlanması və təfsirini, eyni zamanda tələbələrin ikili yazılış üsullarından istifadədə texniki bacarıq nümayiş etdirmək qabiliyyətini təmin etməkdir.
Kursu uğurla yekunlaşdırdıqdan sonra tələbələr aşağıdakıları öyrənəcəklər:
- maliyyə uçotunun tənzimlənməsi çərçivələri;
- maliyyə hesabatlarının konteksti və məqsədi;
- maliyyə məlumatlarının keyfiyyət xüsusiyyətləri;
- ikili yazılış və mühasibat sistemləri;
- əməliyyat və hadisələrin uçot registrlərində yazılması;
- amortizasiya, qudvil, qeyri-maddi aktivlər, kapital, borc və s. uçotu;
- sınaq balansının hazırlanması (səhvlərin müəyyən edilməsi və düzəldilməsi də daxil olmaqla);
- təsis edilmiş və təsis edilməmiş müəssisələr üçün əsas maliyyə hesabatlarının hazırlanması;
- sadə konsolidə edilmiş maliyyə hesabatlarının hazırlanması;
- maliyyə hesabatlarının təfsiri.
İKİNCİ SEMESTR:
HEAE 642 Tələbə biliyinin yoxlanılması və qiymətləndirilməsi
Bu fənn tələbələri əsaslandırılmış qərarların qəbulunu asanlaşdırmaq üçün ölçmə, qiymətləndirmə və dəyərləndirmə sahələrində tətbiqi terminoloqiya, analitik perspektivlər və metodoloji nailiyyətlərlə tanış edir. Gələcəkdə qərar qəbul edənlər sübutların toplandığı və təhlil edildiyi üsul və prosesləri bilməklə daha peşəkar qərarlar qəbul edəcəklər.
Kursu uğurla yekunlaşdırdıqdan sonra tələbələr aşağıdakıları öyrənəcəklər:
- sinif səviyyəsində dəyərləndirməni, proqram və institusional səviyyələrdə tələbələrin nəticələrinin qiymətləndirməsini təşkil etmək;
- hesabatlılığın çoxillik çətinliklərini müəyyən etmək və onların öhdəsindən gəlmək;
- inzibatı qərarların qəbulu üçün milli, regional və yerli məluatlardan istifadə etmək;
- ali təhsildə bençmarkı müəyyən etmək;
- müvafiq şəraitdə təhsilin keyfiyyət ölçülərinin nəzəri və texniki aspektlərini tətbiq etmək;
- testi qurmaq və tərtib etmək;
- qərar vermək üçün testi yaratmaq və qiymətləndirmək;
- ali təhsilin dəyərləndirilməsi üçün fərqli yanaşmalardan istifadə etmək.
GHES 648 Qloballaşma və ali təhsil strategiyası
Bu fənn tələbələri inkişafa çatmaq və saxlamaq üçün yaradıcılıq və ixtiraçılığa cəlb edən fərd, təşkilat, sahə, region və ölkələr səviyyəsində dinamik kəsişmədə yaranan yeni tədqiqat və praktikalar haqqqda təsəvvür yaradır. O, “İnnovasiya, texnaloqiya və biliyin idarə olunması” seriyalarının konseptual profilini özündə əks etdirir.
Kursu uğurla yekunlaşdırdıqdan sonra tələbələr aşağıdakıları öyrənəcəklər:
- ali təhsil müəssisələrində sahibkarlığın inkişafına olan tələbatı ödəmək;
- iqtisadi və sosial sistemə qoşlmaq;
- özəl biznes məktəbinin peşəkar idarə edilməsi və vəzifə öhdəliklərini mənimsəmək;
- böyüyən biznes məktəbləri üçün strateji idarə etməni mənimsəmək;
- “yeni” problemə qlobal və yerli təzyiqlərin təsiri tədris proqramını dəyişmək;
- Qloballaşma, regional inkişaf və yerli universitetlərin dəyişən rolunu mənimsəmək.
HEBM 621 Ali təhsildə brend menecment
Bu fənn öz universitet brendini yaratmaq üçün tələbələrdə universitet proqramlarını tanıtmaq bacarıqlarının inkişafına yönəlibdir. Ali təhsil müəssisələrində brendinqin nəzəri və metodoloji aspektlərini müxtəlif və fərqli kontekstlərdə olan baxışlarla birləşdirərək tələbələr öz brendlərini idarə etmək kimi bacarıqlara sahib olacaqlar.
Kursu uğurla yekunlaşdırdıqdan sonra tələbələr aşağıdakıları öyrənəcəklər:
- brendin unikal adını yaratmaq;
- ali təhsilin brendinqi mədəniyyətini yaratmaq: brendləşmənin əsas dəyərləri və inacları;
- brend liderliyi və brend dəstəyi: daxili brendləşmə vasitəsi ilə işçilərə təsir;
- ali təhsildə rəqabət aparmaq;
- korporativ brendin kommunikasiya və dizaynı;
- ali təhsil brendinin səmərəliyi və təsirinin ölçülməsi;
- etibarlı universitet brendinin yaradılması: “daxildən xaricə” yanaşma;
- ali təhsilin miqyaslı inkişafı: universitetin korporativ brendinin imici, tələbə məmnunluğu və tələbənin davranış niyyəti;
- ali təhsildə brendinqin şkalasının dəyərləndirilməsi.
HECDD 662 Ali təhsildə tədris planlarının işlənilməsi və müzakirəsicordion Title
Bu fənn gələcək tədris planlarını hazırlayan liderlər tərəfindən tələbələrdə bilik və bacarıqları formalaşdırmaq və onları konseptual alətlərlə təmin etmək; biznes idarəçiliyində təhsil təcrübələrini inkişaf etdirmək, həyata keçirmək, qiymətləndirmək və davamlı olaraq təkmilləşdirmək üçün praktik, nəzəri cəhətdən əsaslandırılmış, sübutlu yanaşma metodundan istifadə etmək məqsədi daşıyır. Bu kurs gələcək tədris planlarını hazırlayanlar və biznes tələbələrinin təhsilinə cavabdeh olacaq liderlər üçün nəzərdə tutulmuşdur.
Kursu uyğun yekunlaşdırdıqdan sonra tələbələr aşağıdakıları öyrənəcəklər:
- tədris planının xüsusiyyətini anlamaq;
- tədris planının nəzəriyyəsi və siyasətini mənimsəmək;
- tədris planını planlaşdırmaq, tədris proqramını və sahələrini təkmilləşdirmək;
- yeni fənn və dərsləri işlənib hazırlanması proseslərini mənimsəmək;
- tədris planını işləyib hazırlamaq, həyata keçirmək və idarə etmək;
- tədris planında cəmiyyətin cari və gələcək biznes ehtiyaclarına cavab vermək;
- təhsil və təlim xərclərini azaltmaq;
- tədris planında yerli icmanın, o cümlədən həssas əhalinin biznes bacarıqlarının yüksəldilməsinə hədəflənmək;
- tədris planlarında problemləri həll etmək yolu ilə sosial tələbatların ödənilməsi üçün biznes inzibatçılarını hazırlamaq;
- fərd yönümlü yanaşma praktikada tətbiq etmək;
- tədris planlarında texnologiya və məlumatdan səmərəli istifadə etmək;
- mövcud olan ən yaxşı dəlillərə əsaslanaraq təhsil tədbirlərinin işlənib hazırlanması;
- fənlərarası təhsili gücləndirmək;
- modellləşdirmə, vertual reallıq və interaktiv elektron interfeyslər kimi qabaqcıl texnologiyaları biznes peşəkarların tədris proqramlarına səmərəli inteqrasiya etmək.
ÜÇÜNCÜ/DÖRDÜNCÜ SEMESTR:
HEI 671 Ali təhsilin beynəlmiləlləşməsi
Bu fənn tələbələrə əsas problemləri müəyyən etmək üçün iqtisadiyyat, innovasiya və ali təhsilin beynəlmiləlləşməsi və rəqabət qabilliyyətliliyi ilə bağlı inteqrasiysını anladır.
Kursu uğurla yekunlaşdırdıqdan sonra tələbələr aşağıdakıları öyrənəcəklər:
- ali təhsilin beynəlmiləlləşməsi səviyyəsini ölçmək;
- universitet tədqiqatlarının sosial təsirini müəyyən etmək;
- yaradıcılığın əksinə olaraq məhsuldarlığın artırılması;
- durğunluq və keçid bazar iqtisadiyyatını müəyyən etmək;
- gələcək tədqiqatlarda məlumatlardan intensiv istifadə etməklə hesablama aparmaq;
- klaster analizindən istifadə edərək şəbəkə davranışını öyrənmək.
HEEMSS 667 Ali təhsil müəssisələrində tələbə qəbulu və tələbələrin dəstəklənməsi
Bu fənn gələcək menecerləri tələb azaldıqca yeni tələbələrin sayını necə dəstəkləmək lazım olduğuna yeni yanaşma ilə tanış edir. O təkcə yeni qəbul edilmiş tələbələrin sayına deyil, həmçinin tədris müəssisələrinin akademik fəaliyyəti və tələbə qəbulunun idarə edilməsi arasında birbaşa əlaqə yaradaraq mövcud tələbə kontinqentinin saxlanması və məzun edilməsi göstəricilərinə diqqəti yönəldir. Fənn tələbələrin tədqiqat və məlumatlardan istifadə edərək öz tədris müəssisələri üçün ən düzgün qərarlar vermə bacarıqlarını inkişaf etdirir.
Kursu uğurla yekunlaşdırdıqdan sonra tələbələr aşağıdakıları öyrənəcəklər:
- qəbulun strateji idarə edilməsi üzrə təşkilatlarda uğur əldə etmək üçün kontekst yaratmaq;
- tələbələrin təhsil müəssisəsi seçimini, bazarı və bazar boşluqlarını, işə götürmə və işə qəbul marketinqini anlamaq;
- qədul haqqında düzgün qərarların qəbul edilməsi;
- əsas maliyyə yardımı və onun tələbələrin qəbuluna və təhsil müəssisələrinin maliyyələşdirilməsinə təsiri;
- büdcə, qeydiyyat və yardımı müəyyən etmək;
- səmərəli qəbul əməliyyatlarını həyata keçirmək;
- qeydiyyat təşkilində strateji düşünmək;
- strateji qeydiyyatı planlaşdırmaq.
HERES 633 Ali təhsildə tədqiqat metod və metodologiyası
Bu fənn tələbələri öz sahələrində peşəkar olmaları üçün onların statistik və empirik bacarıqlarının inkişaf etdirməsi məqsədilə ali təhsildə tədqiqat metod və metodoloqiya ilə tanış edir.
Kursu uğurla yekunlaşdırdıqdan sonra tələbələr aşağıdakıları öyrənəcəklər:
- tədqiqatın əsas məqsəd və prosesi;
- tədqiqatın vəzifəsini formalaşdırmaq;
- müvafiq tədiqatları planlaşdırmaq;
- məlumat toplamaq;
- müxtəlif seçmə müayinələri anlamaq;
- eksperimental dizaynı dərk etmək;
- peşəkar modellər və modelləşdirmə;
- təhlil edilmiş verilənlər;
- çoxamilli təhlillə işləmək;
- tədqiqat nəticələrini yoxlamaq və yaymaq;
TiHEIM 661 Təhsilin idarə edilməsində təcrübə proqramlarıtle
Bu fənn tələbələrə nəzəriyyə və praktika, eləcə də akademik və praktik tədris arasında boşluğu doldurmaq məqsədi daşıyır. Tələbələr təcrübə proqramlarında xüsusi maraq doğuran sahələrin güclü və zəif tərəflərinin özünüqiymətləndirmədə iştirak edəcəklər və planlaşdırma yolu ilə öz peşəkar inkişafları üçün məsuliyyəti üzərlərinə götürəcəklər. Bu fənn universitetlərdə əmək təcrübəsi keçmək istəyən tələləbələr üçün uğurlu təcrübə proqramıdır və materiallar müxtəlif mənbələrdən əldə edilir.
Kursu uğurla yekunlaşdırdıqdan sonra tələbələr aşağıdakıları öyrənəcəklər:
- auditoriya biliyinin inzibati situasiyalara tətbiq edərək, təhsil idarə edilməsi reallıqlarını təcrübə edir;
- peşəkar inzibatçı ilə işləyərək inzibati vərdiş, metod və nəzəriyyələrin tətbiqi təcrübəsini əldə etmək;
- öz peşəkar gücünə güvən və əlavə təcrübə əldə etmək;
- iş yerlərində real inzibati kömək göstərçək;
- təcrübə keçəni müasir iş yeri avadanlıqları və aktual problemlər ilə tanış etmək;
- gənclərə adi “tələbə işindən” daha çox bilik və bacarıq tələb edən təcrübəyə çıxış imkanı yaratmaq;
- tələbələri iş yerində uğura hazırlamaqda müəllimlərə və işəgötürənlərlə birgə işləmək şansı vermək;
- mühazirəçilərə auditoriyanı müasir iş yeri ilə əlaqələndirməkdə kömək etmək;
- tələbələrə dərslərin auiditoriyada öyrənilməsinin vacibliyinin dərk edilməsinin əhəmiyyətini anlamaqda kömək etmək;
- tələbənin qazandığı iş təcrübəsini onun tərcümeyi-halında daxil edilməsinə kömək etmək;
- tələbələrə maraq göstərdikləri karyera sahəsində real təcrübə əldə etmək imkanı vermək;
- işəgötürənlərə yerli məktəblərlə ittifaqlar qurmağa icazə vermək.
- işəgötürənlər və müəllimlər birlikdə təhsilin əhəmiyyəti ilə bağlı insanlara maarifləndirici mesajlar verə bilərlər.
HEAE 602 Ali təhsildə akademik etika
Bu fənn müxtəlif vəzifələrdə çalışan ali təhsil peşəkarlarının mədəni səriştə təcrübələri və etik davranışlarını əhatə edir; akademik dürüstlüyün ənənəvi və dar anlayışlarından kənara çıxaraq, təhsildə tətbiqi etikanın daha geniş şərhlərinə, o cümlədən neqativ hallar və təlimat, qiymətləndirmə və təhsil rəhbərliyinə aid etik sualları əhatə edir; sosial ədaləti, müxtəlifliyi, ədaləti və inklüzivliyi təşviq edir.
Kursu uğurla yekunlaşdırdıqdan sonra tələbələr aşağıdakıları öyrənəcəklər:
- universitetin texnoetik inkişaf edən təşkilati mədəniyyətini əks etdirmək;
- sosial ədalət baxımından soyuqanlılığın sosial konstruksiyasını yenidən dərk etmək;
- etik şəkildə öyrətmək bacarığı əsasında öz biliyinin təsirlərini kəşf etmək;
- mədəni təcrübə vasitəsilə (cross cultural experiences) stereotiplərın aradan qaldırmaq;
- tələbə işləri üzrə yeni mütəxəssislər üçün mədəni səriştəliliyi formalaşdırmaq;
- təhsildə keyfiyyət təminatını başa düşmək;
- tədqiqatçı etikası və dürüstlüyü müəyyən etmək;
- işə qəbul zamanı saxtakarlığı başa düşmək;
- saxta və saxtalaşdırılmış etimadnamələri təhlil etmək;
- dərc etmə etikasını inkişaf etdirmək;
- təhsil texnologiyası etikasını tətbiq etmək (məsələn, nəzarət texnologiyası, maşın öyrənməsi və süni intellektdən təhsildə istifadə olunduğunu başa düşmək);
- təhsil kontekstində biotibbi etika üzərində düşünmək;
- universitet etikasını dərk etmək.
HECR 689 Universitet və ictimai əlaqələr
Bu fənn ictimaiyyətlə əlaqələrin əsas konsepsiyalarını elə təqdim edir ki, tələbələr Bloom taksonomiyası piramidası üzrə rəydən qiymətləndirməyə qədər yüksələ bilsinlər. İctimai yazışmalar, multimedia istehsalı və ya kampaniyalar tələbələrin mətnlərinə, təlimlərinə və onlayn resurslarına yönəldiləcək, çünki onlar ictimai əlaqələr üzrə taktika və proqramların yaradılmasına fikir verəcəklər. Bundan əlavə, bu fənn tələbələrə xüsusi məqsədlərinə çatmaq üçün inteqrə edilmiş marketinq proqramının təşkili, həyata keçirilməsi və saxlanılması qçqn özəl sektorda uğurla istifadə oluna bilən bilik və alətlərin tətbiqinə kömək edir.
Kursu uğurla yekunlaşdırdıqdan sonra tələbələr aşağıdakıları öyrənəcəklər:
- ictimai əlaqələrin prinsip və modellərini mənimsəmək;
- münasibətləri idarə etmək;
- tədqiqat, planlaşdırma, tətbiq etmə və qiymətləndirmə kimi bacarıqlardan istifadə edərək strateqiyanı işlənib hazırlanmaq;
- peşəkar şəkildə sosial şəbəkə və mobil qurğularda yazışmanı mənimsəmək;
- marketinq kommunikasiyalarını öyrənmək;
- ictimaiyyətlə tərəfdaşlıq əlaqələrini qurmaq.
HELRI 649 Ali təhsildə hüquqi və tənzimləyici qaydalar
Bu fənn ali təhsillə bağlı qanunları izah edir. O, tələbə kredit borcu, tələbə təhlükəsizliyi, internetdə çıxışları, müsbət hərəkətlər, diskriminasiyanı, yeni texnaloqiya, fakültəyə aid olmayan işçilər və kampus polisi ilə əlaqəli məsələləri əhatə edir.
Kursu uğurla yekunlaşdırdıqdan sonra tələbələr aşağıdakıları öyrənəcəklər:
- məhkəmənin funksiyasını, strukturunu və prosesini və hüququn təbiətini başa düşmək;
- ali təhsilin hüquqi strukturunu təyin etmək;
- tələbə ödənişləri və təhsil haqlarıni bilmək;
- universitet və tələbə arasında müqavilə münasibətlərini bilmək;
- qanun əsasında tələbələrin universitetdən çıxarılması qaydalarına riayət etmək;
- qiymətləndirmə və universitetdən xaric etmə zamanı tələbələrin azadlıq və mülkiyyət maraqları güdmək;
- tələbələrin çıxışlarını, ifadə tərzlərini və assosiasiyalarını idarə etmək;
- elektron kommunikasiya və tələbə mətbuatını bilmək;
- fakültə müqavilələrini, səlahiyyət müddəti və kollektiv danışıqları idarə etmək;
- böhtan, tələbənin şəxsi məlumatları, təhsil hüququ və şəxsi həyatın toxnulmazlığı anlayışlarını mənimsəmək;
- özəl təhsil müəssisələrində tələbələrin və dövlətin hərəkətlərini anlamaq.
HEHRM 651 Ali təhsildə insan resurslarının idarə edilməsi
Bu fənn tələbələrə insan resurslarının idarə edilməsi vərdişlərini aşlayır, insan resurslarının idarə edilməsi metodları və müasir konsepsiyaları praktikada tam istifadə etmək imkanı verir.
Kursu uğurla yekunlaşdırdıqdan sonra tələbələr aşağıdakıları öyrənəcəklər
- insan resurslar idarə edilməsi strateqiyasını işləyib hazırlamaq və analizini qurmaq;
- istedadların idarə edilməsi və onların iş təhlili prosesini mənimsəmək;
- işçinin yoxlanılması və seçilməsini mənimsəmək;
- namizədlərin necə müsahibə etməyi bilmək;
- işçiləri təlim və inkişaf etdirmək;
- karyera və onların işdə saxlanılmasını idarə etmək;
- əməyin ödənişinin strateji planını yaratmaq;
- fəaliyyət və maliyyə stimullarını necə ödəməyi bilmək;
- imtiyaz və xidmətləri təyin etmək;
- müsbət işçi əlaqələrini qurmaq;
- təhlükəsizliyin, sağlamlığın və risklərin idarə edilməsini mənimsəmək;
- qlobal insan resurslarını, kiçik və sahibkar şirkətlərdə insan resurslarını idarə etmək.
HED 668 Ali təhsilin rəqəmsallaşdırılması və innovasiyalar
Bu fənn tələbələrə iş yerlərində istifadə edəcəkləri əsas həyati vacib vərdişləri olan layihələrin tərtibi, təşkilatlarda əməkdaşlıq, resursların qorunması, yeni xidmətlərin çatdırılması və başqa bacarıqlar ilə təmin edir. Bu fənn tələbələri layihələrin işlənib hazırlanması, təşkilarlar arasında əməkdaşlıq, resursların qorunması, iş yerlərində istifadə edəcəkləri yeni xidmətlərin çatdırılması və digər həyati vacib vərdişlərlərlə təmin edir.
Kursu uğurla yekunlaşdırdıqdan sonra tələbələr aşağıdakıları öyrənəcəklər:
- ali təhsili necə dəyişmək münkün olduğunu dərk etmək;
- renovasiya və təcrübəni mənimsəmək;
- layihələrin yaradılması;
- birgə qərarları qəbul etmək;
- peşəkar formada dərc edilmək;
- proqram təminatının (software) işlənib hazırlanmasına innovativ baxış;
- yaradıcı şəkildə layihələri dizayn etmək;
- KİV və konsolidasiya;
- tədrisin teatr layihələrini mənimsəmək;
- təhsil tədqiqatında səmərəliliyə nail olmaq.
HEFFR 666 Ali təhsil müəssisələrində maliyyə, obyekt və resursların idarə edilməsi
Bu fənn universitetlərin gələcək rəhbərlərini öz müəssisələrinin strukturunu resursların daha yaxşı idarə edilməsi hesabına yenidən formalaşdırılmasına kömək edə bilən fəaliyyətə əsaslanan kompleks modellərlə təmin edir. Bu, müəllimlərə boşluqları aradan qaldırmağa və xərclərə əhəmiyyətli dərəcədə nəzarət etməyə və davamiyyəti yüksəltməyə kömək edəcəkdir.
Kursu uğurla yekunlaşdırdıqdan sonra tələbələr aşağıdakıları öyrənəcəklər:
- AR modellərini mənimsəmək;
- Pilbar-ın Full-Function AR Modelini mənimsəmək;
- Prediktiv modelləri və ssenari planlamasını mənimsəmək;
- ətraflı proqram baxışını mənimsəmək.
HERESGM 670 Ali təhsil müəssisəsində elmi tədqiqat və qrantların idarə edilməsi
Bu fənn tələbələrə qrantların verilməsi prosesini əvvəldən sona qədər işlənib hazırlanması və idarə edilməsi üçün resurslar təqdim edir; strateji məsələlərdən (müxtəlif karyera mərhələlərində maliyyələşdirmənin dəyərli olub-olmadığını müəyyənləşdirmək) adi məsələlərə qədər (konkret agentliklərin imkanları haqda e-poçtla xəbərdarlıqları necə qurmağa qədər məsləhətlər, yaxşı təklifləri necə təyin etmək olar) olan məsləhətləri əhatə edir. Tələbələr təklifin hər bir komponenti üzrə məsləhətlər alır – müşayət məktubları, xülasələr, büdcələr, büdcənin əsaslandırılması, o cümlədən mətn nümunəsi, mövzu üzrə araşdırmalar və çox yayılmış səhvlər üzərində işləyəcəklər.
Kursu uğurla yekunlaşdırdıqdan sonra tələbələr aşağıdakıları öyrənəcəklər:
- potensial sponsorları təyin etmək;
- kampusun artıq mövcud potensialından istifadə etmək;
- nəticəyə səbəb olan hədəfli qrant təklifinin yazılmasını hazırlamaq;
- elmi dairələrdə qrant layihələrin rollarını bilmək;
- tədqiqat proqramını planlaşdırmaq;
- maliyyələşdirmə imkanları üzrə məlumat bazaları ilə işləmək;
- institusional rəhbərliklə strateji müzakirələr aparmağı öyrənmək;
- qrantların yazılması üzrə məsləhətçi olmaq;
- hüquq və kompleks məsələləri həll etmək;
- uğurlu əməkdaşlıq üçün tələbləri bilmək;
- tərəfdaşlıq münasibətlərini qurmaq və inkişaf etdirmək;
- büdcəni əsaslandırmaq;
- maliyyələşmənin axtarış alətlərilə işləmək;
- təkliflər üzrə işi idarə etmək;
- öz təklifini hazırlamaq.
HEFIN 630 Ali təhsilin maliyyələşdirilməsi
Bu fənn tələbələrə ali təhsildə büdcənin idarə edilməsinin formasını və proseslərini başa düşmək üçün akademik işlərdə yeni büdcə öhdəlikləri təqdim edir. O həmçinin ali təhsildə büdcə modellərinə və institusional büdcənin işlənib hazırlanması və yerinə yetirilməsi ilə bağlı amilləri əhatə edir.
Kursu uğurla yekunlaşdırdıqdan sonra tələbələr aşağıdakıları öyrənəcəklər:
- maliyyə kontekstini və büdcəni idarə etmək;
- dövlət və özəl ali təhsil müəssisələri arasında fərqliliyi müəyyən etmək;
- büdcənin gəlir və xərc kimi əsas elementlərini mənimsəmək;
- büdcələri, məqsədləri, tipləri və qəbul edilən qərarları dərk etmək;
- büdcə dövriyyəsini idarə etmək;
- büdcə idarə edilməsində problemləri və nəzərdə tutulmayanları müəyyən etmək;
- büdcə dəyişkənliklərini idarə etmək.
ACCTG 502 İdarəetmə uçotu (MA)
Bu fənn istehsalat-kommersiya fəaliyyətinin planlaşdırılması və nəzarətin aparılması üçün menecerlərə lazım olan informasiyanın hazırlanması prosesini özündə birləşdirir. Kursun əsas məqsədi düzgün biznes qərarlarının qəbul edilməsi məqsədilə firmanın menecerlərinə və daxili istifadəçilərinə uçot məlumatlarının dəqiq və vaxtında çatdırılmasıdır. Beləliklə, idarəetmə uçotu idarəetmə prosesini uçot prosesilə əlaqələndirir, hər hansı bir obyektin idarə olunması üçün lazım olan məlumatların yığılması, ölçülməsi, sistemləşdirilməsi, təhlili, ayrılması, izahı və ötürülməsini təmin edir. İdarəetmə uçotunun əsas sahələri bunlardır: xərclərin ölçülməsi, planlaşdırma, qərar qəbul etmə, nəzarət və fəaliyyətin qiymətləndirilməsi.
Bu kursu uğurla yekunlaşdıran tələbələr aşağıdakı bilik və bacarıqlara malik olacaqlar:
- idarəetmə məlumatlarının mahiyyətini, mənbəyini və məqsədini izah etmək;
- məhsulun qiymətini təyin etmək üçün istehsal xərclərini təyin edərək məhsulun maya dəyərini hesablamaq;
- xərclərin uçotu texnikalarını (fəaliyyət növünə görə xərclərin təhlili (ABC analysis), hədəf xərclərin təhlili (target costing), məhsulun həyat dövrü xərclərinin (life cycle costing) təhlili) izah etmək və tətbiq etmək;
- planlaşdırma və nəzarət üçün büdcələr hazırlamaq;
- faktiki xərcləri normativ xərclərlə müqayisə etmək və hər hansı fərqi təhlil etmək;
- menecerlərin və ya şöbələrin fəaliyyətini büdcə və ya hədəflərlə müqayisə edərək variasiyaları hesablamaq.
Bu fənn firma və digər təşkilatlarda marketinqin rolunu və əhəmiyyətini araşdırır, marketinq planları/strategiyaları, marketinq araşdırmaları, bazarın seqmentasiyası, pərakəndə satış, reklam, qiymət, internet marketinqi və effektiv marketinqin necə qurulmalı olduğunu əhatə edir.
Bu kursun əsas məqsədi tələbələrin bacarıqlarını artırmaqdır:
- müştərilərin, rəqiblərin, əməkdaşların, şirkətlərin güclü və zəif tərəflərini təhlil edərək bazar imkanlarını qiymətləndirmək;
- təşkilatin məqsədlərinə nail olmaq üçün effektiv marketinq strategiyalarını hazırlamaq;
- uğur imkanlarını artırmaq üçün strategiyanın həyata keçirilməsi proqramını hazırlamaq;
- tələbələrin fikir və tövsiyələrini həm kəmiyyət, həm də keyfiyyət baxımından tənqidi şəkildə yoxlamaq və əsaslandırmaq;
- biznes təşkilatında və ümumilikdə cəmiyyətdə marketinqin rolunu daha yaxşı qiymətləndirməyə və dərk etməyə kömək etmək;
- marketinq nəzəriyyələri, prinsipləri, strategiyaları və konsepsiyaları haqqında bilikləri artırmaq və real marketinq vəziyyətlərinə tətbiq etməyə imkan vermək;
- firma daxilində marketinq fəaliyyətini təhlil etmək imkanlarını təmin etmək;
- ümumi idarəetmə kontekstində marketinq qərarlarını qəbul etmək;
- müştəri ehtiyaclarını sərfəli şəkildə təmin etmək üçün marketinq elementlərinə – məhsul siyasəti, paylama kanalları, kommunikasiya və qiymətlərə nəzarət etmək.
Marketinq menecmenti fənni biznesin bütün funksional sahələrində olan ixtisaslara uyğundur. Marketinq menecerləri marketinq strategiyasını hazırlayıb həyata keçirərkən, digər funksional sahələrdə (maliyyə, idarəetmə, mühasibat uçotu və əməliyyatlar) menecerlər marketinq strategiyalarının əməliyyatlara necə təsir etdiyini başa düşmələri lazımdır.
Mükəmməl marketinq strategiyası olmadan sahibkarlıq təşəbbüsləri və startaplar nadir hallarda uğur qazanırlar. Gəlir mənbələrini dərk etmədən firmanı və onun səhm və istiqrazlarını qiymətləndirmək, maliyyə ehtiyaclarını planlaşdırmaq və ya kredit reytinqini təyin etmək mümkün deyil. Əsasən müştərilərdən gələn gəlirlər birbaşa firma marketinq strategiyasının nəticəsidir.
MIS 521 İdarəetmənin informasiya sistemləri
Bu kurs tələbələrə biznes modellərinin səmərəliliyini və effektivliyini artırmaq üçün yeni yanaşmaların, informasiya sisteminin rolunun, üstünlükləri və komponentlərinin, İT idarəetmə təcrübələrinin (məsələn, ağıllı təchizat zəncirinin idarə edilməsi, biznes prosesinin idarə edilməsində İT və s.), Microsoft Excel və Access proqramlarında verilənlərin təhlilinin, Sistem Analiz Proqramında (SAP) müəssisə resurslarının planlaşdırılmasının öyrənilməsinə imkan verəcəkdir.
Kursun məqsədi tələbələrə rəqabətli dünyada funksional sahələrdən əldə etdikləri vərdişləri informasiya sistemləri vasitəsilə təşkilatda qərar vermə prosesinə inteqrasiya etməsinə imkan verir.
Bu kurs tələbələrə biznes tətbiq proqramlarından istifadə etməklə biznes problemlərinin həll edilməsinə kömək etməkdir.
Bu kursa aşağıdakı mövzular daxildir:
- qlobal biznesdə informasiya sistemləri;
- qlobal e-biznes və əməkdaşlıq;
- informasiya sistemləri, təşkilatlar və strategiya;
- informasiya sistemlərində etik və sosial məsələlər;
- İT infrastrukturu və yeni yaranan texnologiyalar;
- biznes intellektinin əsasları: verilənlər bazası və məlumatların idarə edilməsi;
- telekommunikasiya, internet və simsiz texnologiya;
- informasiya sistemlərinin təhlükəsizliyi;
- əməliyyat mükəmməlliyinə və müştəri yaxınlığına nail olmaq: müəssisə tətbiqləri;
- elektron ticarət: rəqəmsal bazarlar, rəqəmsal mallar;
- bilik və süni intellektin idarə edilməsi;
- qərar vermənin təkmilləşdirilməsi;
- informasiya sistemlərinin qurulması;
- layihələrin idarə edilməsi;
- qlobal sistemlərin idarə edilməsi.
RES 620 Qərarqəbuletmədə tədqiqat metodları
Bu kursun məqsədi beynəlxalq mühitdə müxtəlif metodların tətbiqi əsasında idarəetmə qərarlarının hazırlanması vərdişini təmin edən nəzəri bilik və praktik bacarıqları vermək, həmçinin iqtisadi və idarəetmə qərarlarının qəbulu prosesinin öyrənilməsini, qərar tələb edən vəziyyətlərin təhlilini, sadə və mürəkkəb qərar qəbuletmə üsullarını, effektiv qərar qəbul etmək üçün əsas kəmiyyət/keyfiyyət üsul və vasitələrinin istifadəsindən ibarətdir.
Tələbələr öyrənəcəklər:
- tənqidi yanaşma əsasında problemə uyğun ədəbiyyatın müəyyən edilməsi;
- tədqiqat yanaşmaları və strategiyaların seçilməsi;
- biznes araşdırmalarında etika;
- nümunələrin seçilməsi;
- kəmiyyət tədqiqat metodları: kəmiyyət məlumatlarının toplanması və təhlili;
- keyfiyyət tədqiqat metodları: keyfiyyət məlumatlarının toplanması və təhlili;
- müsahibələrin, fokus qrupların, iştirakçıların müşahidəsinin aparılmasında praktik məsələləri;
- optimallaşdırma modelləri, simulyasiya və qrup qərar vermə metodları əsasında trendlərin proqnozlaşdırılması;
- tədqiqat hesabatlarının təqdim edilməsi.
Dissertasiya işi
(buraxılış layihəsi/capstone paper) – ixtisaslaşma sahəsinə aid olan aktual məsələlər
üzrə