UNEC Biznes Məktəbinin Proqramı haqqında
Azərbaycan Dövlət İqtisad Universitetinin MBA (Master of Bussines of Administration) proqramı 2001-ci ilin dekabrında yaradılmışdır. 2001-2014-cü illər ərzində MBA (Master of Bussines of Administration) proqramı ənənəvi Magistr Hazırlığı Mərkəzinin tərkibində struktur bölməsi kimi fəaliyyət göstərmişdir. 2014-cü il noyabr ayından etibarən MBA Departamenti yaradılmış və MBA Proqramı ənənəvi Magistr Mərkəzinin tərkibindən çıxarılaraq yeni struktur kimi fəaliyyətini davam etdirmişdir. Hazırda qurum UNEC Biznes Məktəbi kimi fəaliyyət göstərir.
Müəllimlərin əksəriyyətini ABŞ, Böyük Britaniya, Kanada, Almaniya, Fransa və Türkiyənin yüksək səviyyəli universitetlərini ciddi təhsil proqramları ilə bitirmiş magistr və iqtisad üzrə fəlsəfə doktorları təşkil edir. Məktəbdə çalışan 150-dən çox professor-müəllim heyətinin 50% ABŞ, Kanada, Almaniya, Fransa, Türkiyə və digər ölkələrdə magistr və iqtisad üzrə fəlsəfə doktoru elmi dərəcəsi almışdır.
Hazırda Çin, Rusiya, Koreya, Türkiyə, İran, Gürcüstan, Özbəkistan, Türkmənistan və Sudan kimi ölkələrdən olan vətəndaşların da təhsil aldığı MBA proqramında magistrantların ümumi sayı 2000-dən çoxdur.
UNEC Biznes Məktəbinin MBA Proqramının “Mühasibat uçotu” ixtisaslaşması (MA-FM) ilk dəfə 01 yanvar 2018-ci il tarixindən 31 yanvar 2022-ci il tarixinədək və ikinci dəfə isə 01 yanvar 2023-cü il tarixindən 31 dekabr 2027-ci il tarixinədək 5 (beş) il müddətinə ACCA təşkilatında mühasibat və audit ixtisaslaşması üzrə peşəkar səviyyəli akkreditasiya edilmişdir. “Mühasibat uçotu” ixtisaslaşmasından başqa MBA proqramının digər ixtisaslaşmalar ACCA təşkilatının MA-BL imtahanlarından azad edilmişdir.
Məktəb AACSB və EFMD-nin tam hüquqlu üzvü və EFMD-nin Qlobal şəbəkəsinin üzvüdür. Hazırda AACSB-ə akkreditasiya prosesi davam edir və bu da biznes təhsilinin keyfiyyətinə və təkmilləşməsinə təkan vermiş olacaqdır.
Məktəb ali təhsilli ixtisaslı mütəxəssislərə öz rəhbərlik keyfiyyətlərinin təkmilləşdirilməsi, sistemli bilik, bacarıq və işgüzar idarəetmə vərdişlərinin öyrədilməsi və iхtisaslarının davamlı olaraq artırılması, müasir biznes informasiyalarının araşdırılması, analitik düşünmə və qərarvermə qabiliyyətinin qazanılması hüququ verir, onların müəssisə və təşkilatların idarə olunmasında məsul vəzifələr tutmasına imkan yaradır.