“İqtisadiyyat və biznesin idarə edilməsi” kafedrası
UNEC-in Elmi Şurasının 16 sentyabr qərarına əsasən UNEC Biznes Məktəbinin nəzdində fəaliyyət göstərən “İqtisadiyyat və biznesin idarə edilməsi” kafedrasının adı dəyişdirilərək “Biznesin idarə edilməsi” kafedrası adlandırılmışdır.
Azərbaycan Dövlət İqtisad Universitetinin 19.06.2017-ci il tarixli əmrinə əsasən UNEC Biznes məktəbinin tabeliyində yeni struktur bölmə kimi “İqtisadiyyat və biznesin idarə edilməsi” kafedrası yaradılıb.
Kafedraya 2018-ci ildən iqtisad elmləri namizədi, dosent Məmmədova Sevər Mömin qızı rəhbərlik edir.
Sevər Məmmədova 2017-ci ilə kimi Azərbaycan Dövlət İqtisad Universitetinin “Beynəlxalq münasibətlər” kafedrasının dosenti olub. 2017-ci ildən 2018-ci ilə qədər UNEC-in “İqtisadiyyat” (rus dilində) kafedrasının dosenti olub. İqtisad elmləri namizədidir. 20.04.2018-ci il tarixdən UNEC-in “İqtisadiyyat və biznesin idarə edilməsi” kafedrasinin müdiri (hazırda “Biznesin idarə edilməsi” kafedrası) təyin edilmişdir.