ƏMƏKDAŞLAR

Direktor:
i.e.n., dosent Hacıyev Nazim Özbəy oğlu
Əlaqə telefonu:
(+994 12) 497 62 67
e-mail:
[email protected]

Direktor müavini:
Dünya Mustafayeva

Maliyyə və mühasibat fakültəsi

Strateji Plan

STRATEJİ PLANIN MƏQSƏDİ:

Beynəlxalq təhsil standartlarına ca­­vab ve­rən, rəqabət qabiliyyətli, şəffaf və ciddi idarəetmə və nəzarət mexa­niz­mi­­nə malık olan proqramları (BBA, MBA, Distant MBA, EMBA və DBA, peşəkar sertifikat proqramları) təşkil et­mək və dayanıqlığı təmin etməkdən ibarətdir. 

GİRİŞ

Son 20 il ərzində insanların yaşam tərzində və həyatında ciddi dəyişliklər baş verir. Sürətlə inkişaf edən texnologiya insanların yaşam tərzini, təhsil mühiti və ünsiyyət formalarını fundamental olaraq dəyişməkdədir. İnsanlar qlobal iqtisadiyyatın tərkib hissəsinə çevrilir. Bundan başqa, insanların gözləntiləri dəyişməkdədir və artıq insanlar dövlətlərin onlar üçün yaxşı kimi təqdim etdiyi şeyləri qəbul etmək istəmir və ictimai xidmətlərdən daha yeni formalarda istifadə etmək istəyirlər. Məhdud resurs ilə insanlar daha çox qazanmaq istəməkləri gündəlik iş həyatının tərkib hissəsinə çevrilib. Dünya əhalisinin sürətli artımı və artan tələbləri dövlətləri kompleks tələblərə cavab vermək üçün düşündürür. Yeni yaranan vəziyyət qlobal və milli təhsil sistemi üçün yeni çağırışlar dəməkdir.  Azərbaycanın ən böyük biznes məktəbi olan UNEC Biznes Məktəbi olaraq bu çağırışları anlayaraq yeni mühitə uyğunlaşaraq uğur qazanmaq üçün qarşısına dörd strateji məqsəd qoyub. 

2022-2030-cu ilədək STRATEJİ BAXIŞ

STRATEJİ  HƏDƏF 1:

ÖYRƏNMƏ VƏ LİDER TƏCRÜBƏSİ VƏ BACARIQLƏRININ məqsədi texnologiya ilə zəngin təhsil mühitində keyfiyyətli təhsil proqramları yaratmaq və magistr tələbələrinin tənqidi düşüncə, problem həll etmə və liderlik bacarıqlarını inkişaf etdirərək qlobal əmək bazarının tələblərinə cavab verən menecerləri və liderləri yetişdirməkdir: Tələbəyönümlü mərkəzlər bütün tələbələri cəmiyyətdə və qlobal iş yerlərində onların inkişafı üçün texnologiya ilə zəngin tədris mühiti yaradaraq ən yüksək standartlara cavab verir.

 STRATEJİ HƏDƏF 2:

İNNOVASİYA VƏ BİZNES YÖNÜMLÜ TƏDQİQATIN məqsədi məktəbdə tələbələr üçün biznes yönümlü tədqiqat və innovasiya mərkəzləri yaratmaq və məktəbin tədqiqat nəticələrinin faydalarını müxtəlif biznes müəssisələri ilə bölüşməkdir: Fakültənin Web of Science və SCOPUS verilənlər bazalarında dərc olunan məqalələrin həcminin artırılması.

STRATEJİ HƏDƏF 3:

BEYNƏLXALQ REPUTASİYA VƏ SOSİAL TƏSİRLƏRİN məqsədi fakültənin tədqiqat bazasını və imkanlarını gücləndirmək və sosial təsirləri ötürmək üçün qlobal və regional miqyasda tədris, tədqiqat, beynəlxalq ictimaiyyət və biznes şəbəkələrini əlaqələndirməkdir: Biznes və biznes məktəbləri arasında milli və beynəlxalq səviyyədə əməkdaşlığı və tərəfdaşlar ilə əlaqələri artırmaq.

 STRATEJİ HƏDƏF 4:

DƏYİŞİKLİK VƏ TRANSFORMASİYA: Strateji təşəbbüslərə sərmayə qoymaq və peşəkar assosiasiyalara qoşulmaqla UNEC Biznes Məktəbinin regional və qlobal bazarlarda tanınmasına nail olmaq. MBA proqramının imicinə, MBA Assosiasiyasında və AACSB-də brendin tanınmasına və akkreditasiyasına nail olmaq.

UNEC BİZNES MƏKTƏBİNİN FƏALİYYƏTİNİN ƏSAS UĞUR GÖSTƏRİCİLƏRİ AŞAĞIDAKI KİMİ QRUPLAŞDIRILIR:

  • Beynəlxalq və milli reytinqimiz;
  • Tədqiqat işlərimizin sayı və beynəlxalq səviyyədə tanınması;
  • Öyrənmə və öyrətmək potensialımız;
  • Beynəlxalq tələbə sayı və nüfuz;
  • Komandanın beynəlxalq standartlara cavab verməsi;
  • Maliyyə stabilliyi;
  • İnfrastruktur menecmentinin vəziyyəti;
  • Beynəlxalq tərəfdaşlar ilə mövcud olan strateji layihələr.

Главный корпус

101000, г. Москва, ул. Мясницкая, д. 20

Справочная:
+ 7 495 771-32-32

Карта зданий

Приемная комиссия

+ 7 495 771-32-42
[email protected]

Пресс-служба ВШЭ

+7 495 628-55-98
+7 495 621-78-73
[email protected]

Условия использования материалов

 

Səhv tapdız?